"Azərkosmos" Afrika şirkəti ilə əməkdaşlıq edəcək
"Azərkosmos" Afrikanın "Prime African Media Systems" şirkəti ilə əməkdaşlıq edəcək.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Prime African Media Systems" telekommunikasiya sahəsində fəaliyyət göstərir və peyk həlləri və teleport xidmətləri göstərir.
Əməkdaşlıq müqaviləsinə əsasən, "Prime African Media Systems" şirkəti Qərbi Afrika regionunda "Azerspace-2" peykinin tutumlarından istifadə etməklə "ATN TV" televiziya kanalının yayımını da həyata keçirəcək, Afrika regionunda, xüsusilə kabel şəbəkəsinin olmadığı yaşayış məntəqələrində sözügedən kanalın yayımını həyata keçirəcək.
"Prime African Media Systems" şirkətinin infrastruktur imkanları sayəsində Afrika regionunun əlçatmaz coğrafi məntəqələrinə innovativ peyk həlləri təqdim edəcəyik", - deyə "Azərkosmos"un Baş kommersiya direktoru Mark Qusriye deyib.
"Azərkosmos"la birgə fəaliyyətimiz Afrika regionunda yaşayan insanların təhsilində və onlayn platformalar üzərindən həyata keçirilən istənilən kommunikasiyanın təmin edilməsində bizim üçün böyük fürsətdir", - deyə "Prime African Media Systems" şirkətinin texniki direktoru Viktori Xan qeyd edib.
Milli.Az /news.milli.az

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar