Azərsu": 'Bakıda yağan yağıntıya hazır idik
"Azərsu" ASC bu gün gecə və səhər saatlarında Bakıda yağan yağıntıya hazır olduğunu bəyan edir.
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Report"a bildirib ki, yağınıtı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamenti xəbərdarlıq etmişdi: "Yağıntının olacağını gözləyirdik və ona hazır idik".
Onun sözlərinə görə, yağıntı əsasən şəhərin qərb hissəsində Yasamal, Nəsimi, Binəqədi və Nərimanov rayonları ərazisinə düşüb: "Bu isə, bəzi küçələrdə suların yığılmasına səbəb olub. Baxmayaraq ki, bizim kanalizasiya infrastrukturumuz, həm kanalizasiya xətlərimiz, kollektorlarımız, şəbəkələrimiz tam işlək, pik vəziyyətdə idi, infrastruktur həm yağış, həm də tullantı sularını eyni anda daşıya bilməyib. Nəticədə bəzi küçələrdə su yığılmalar yaranıb. Ancaq, yağış dayanandan qısa müddətdən sonra suların hamısı çəkilib".
A.Cəbrayıllı qeyd edib ki, həm rayon sukanal idarələri, həm də Bakı Sukanal İdarəsinin qəza briqadaları artıq gecə saatlarından iş başında idi və hazırda sular çəkilib və heç bir fəsad yoxdur. / azxeber.com

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var