"Azərsun Holdinq" "DaVinci Gourmet" ilə əməkdaşlığa başlayır - FOTOLAR
"DaVinci Gourmet", "Azərsun Holdinq" ilə əməkdaşlıq çərçivəsində Azərbaycan bazarına daxil olub.
azxeber.com xəbər verir ki, "Kerry Group"un tərkibində fəaliyyət göstərən qlobal brend şərbətlər, souslar və püre məhsullarından ibarət geniş məhsul portfelini yerli bazara təqdim edib.
Məhsulların təqdimatı üçün təşkil olunan tədbirdə brendin innovativ dad həlləri və qəhvə mədəniyyətinə verdiyi töhfələr nümayiş etdirilib.
Tədbirdə çıxış edən "Azərsun Holdinq" rəsmiləri, bu əməkdaşlığın dünya standartlarına uyğun dad təcrübələrinin Azərbaycanda genişlənməsinə və istehlakçılara innovativ məhsulların təqdim olunmasına mühüm töhfə verəcəyini bildiriblər.
Qeyd edək ki, əməkdaşlıq "Azərsun Holdinq"in evdənkənar istehlak kanalına xidmət göstərən "Sun Food Services" şirkətinin güclü distribusiya şəbəkəsi vasitəsilə həyata keçiriləcək.





Xidmetler [newsid: 0-123300]

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu