Azərsun"dakı yanğından sonra 'yağ qıtlığı olacaq' iddiaları: BÜTÜN SUALLARA CAVAB VERİLDİ

Azərsun"Azərbaycan dövlətinin kifayət qədər ehtiyatları var. Ən azı strateji ehtiyatlarımız bu ilin axırına qədər bizə bəsdir."  
Xəbər verdiyimiz kimi ötən gün "Azərsun Sənaye Parkı"nda baş verən yanğın səhər saatlarında tam söndürülüb. Təxminən 12 saatdan çox davam edən, ümumilikdə 5 000 kv.m sahəsində baş verən yanğın 4 000 kv.m sahədə söndürülüb. 
İlkin məlumata görə, yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb. Daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan beş-altı aylıq yağ ehtiyatı olub.
AzərsunMəlumata görə, fabrik bir neçə aydır ki, bu anbarı doldurmaq üçün çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyon manatlarla ölçüldüyü deyilir. Bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş:
"Plastik qablar fabriki yeni yaradılmış müəssisə idi və tam gücü ilə işləmirdi. Əsas zərər yağın istehsal edildikdən sonra ilk daxil olduğu əsas anbarla bağlıdır. Təkcə məhsula dəyən ziyan 20-30 milyon manat həcmində ola bilər. Amma dəyən ziyan təkcə məhsulla ölçülmür, orada istehsal avadanlıqlarına ziyan dəyib. Bundan əlavə, əsas depolama anbarlarından biri sıradan çıxıb. Yəni alternativ depolama yeri yaradılmalıdır. Bu, özü də böyük xərc tələb edir".
Bəs, ölkənin ən böyük qida istehsalçısı olun "Azərsun Sənaye Parkı"ndakı yanğın yağ qıtlığına və ya bahalaşmaya səbəb ola bilərmi?
AzərsunMəsələ ilə bağlı azxeber.com-a fikirlərini bölüşən Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, dünyada ərzaq qıtlığı ilə bağlı problemlər bizə də təsir göstərir, amma insanlarımız bu məsələdə dövlətə güvənməlidirlər:
"Bu yanğın hadisəsi çox üzücü bir hadisədir. Ümumiyyətlə, bölgəmizdə baş verən proseslərin fonunda müxtəlif spekulasiyaya yol aça bilər. Ümid edirəm ki, bu, təsadüflə bağlı, talesiz vəziyyətdən doğan bir yanğındır. Amma burada təbii ki, bir ərzaq anbarının yanması ilə qıtlığın olması, qiymətlərin bahalaşması məsələsini bərabərləşdirmək doğru olmaz. Hər halda müəyyən təsir göstərə bilər. Azərbaycan güclü dövlətdir. Onun bəlli resursları bir mənbədə yığışmayıb. Bu baxımdan bu kimi məsələlərdə indidən ajiotaj yaratmaq doğru deyil. Hər hansı bir şəkildə insanlarımız bu məsələdə yenə də dövlətə güvənməlidirlər. Biz regionda yaranmış çətin vəziyyətdən, dünyada ərzaq qıtlığı ilə bağlı problemlərdən uzaqda dura bilmərik, bunun içindəyik. Bizə də təbii ki, öz təsirini göstərir. Amma belə pessimist bir yanaşmamız olmamalıdır".
Deputat həmçinin qeyd edib ki, bu, ciddi bir maddi itkidir və bu itkinin bərpası çətin olan məsələlərdən biridir:
"Hər halda biz çalışmalıyıq ki, yanğının təsiri əhəmiyyətli dərəcədə olmasın. Ciddi bir maddi itkidir və bunun bərpası çətin olan məsələlərədn biridir. Çünki indiki vəziyyətdə, xüsusilə, Ukrayna-Rusiya savaşı fonunda ərzaq təhlükəsizliyi ilə bağlı ciddi problem bizim də qarşımızda durur. Hər halda nəticəni birmənalı söyləmək çətindir, yaşayıb görərik".
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev də azxeber.com-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bölüşüb. O, qeyd edib ki, ölkənin xeyli sayda strateji ehtiyatları var:
Azərsun"Hər dəfə haradasa nəsə bir şey olursa, bunu istənilən formada yozurlar. Belə təhlükəli yanğınlar, məsələn yağ zavodları, şəkər zavodlarında bu cür hallar bütün dünyada olur. Qədim Çin alimi, 2600 il bundan əvvəl yaşayan Konfutsinin bir sözü var, qara otaqda boz pişik axtarmaq lazım deyil, ona görə ki, bəlkə də o orada yoxdur. Mən düşünürəm ki, bu təsadüfi bir yanğın hadisəsidir. Amma insanları bu formada narahat etmək, sosial şəbəkələrdə qeyri-real məlumatlar yaymaq lazım deyil. Azərbaycan dövlətinin kifayət qədər ehtiyatları var. Ən azı strateji ehtiyatlarımız bu ilin axırına qədər bizə bəsdir. Hətta xaricdən də qida məhsulları gəlməsə, hansısa problem yaransa, bizim ehtiyatlarımız var. Ona görə də, qeyri-real məlumatların qarşısı kəsilməlidir. İnsanlar dövlətə inanmalıdır".
İqtisadçı ekspert Akif Nəsirli də azxeber.com-a açıqlamasında məsələ ilə bağlı gözləntilərini bölüşüb. O, qeyd edib ki, müəyyən zaman kəsiyində yağ qıtlığı və bahalaşma ola bilər:
Azərsun"Azərbaycan qida sektorunda "Azərsun" şirkəti əsas mövqeyə malikdir. Digər qidalarla yanaşı yağların böyük əksəriyyətininn həm topdan, həm də pərakəndə satış üzrə əsas subyektidir. Bunun nəzərə aldıqda, Azərbaycan bazarında bir müddət yağ çatışmazlığı yarana bilər. Bir zaman sonra bahalaşma da müşahidə edilə bilər. Düzdür, şirkət bütün əmlakını sığortalayıb. Ona dəyən ziyan sığorta şirkəti tərəfindən ödəniləcək. Sadəcə olaraq vaxt məsələsi var. Bazarı mütəmadi təmin etmək üçün şirkətin müəyyən ehtiyatları olur.". 
Ekspert həmçinin qeyd edib ki, ixrac tamamilə dayandırılıb gündəlik istehsal daxili bazara yönəldilsə, bu zaman vəziyyəti stabilləşdirmək olar:
"Şirkət o ehtiyatların heç də hamısını daxili bazara yönəltmirdi, həm də ixrac edirdi. Şirkətin strategiyası əslində belə olmalıdır ki, ixrac tamamilə dayandırılır və gündəlik istehsal daxili bazara yönəldilir, bir hissəsi də ehtiyata gedir. Yəni daxili bazar qorunur. Məsələ dəyən zərərin miqdarından da asılıdır. Dəqiq açıqlama yoxdur, təxminidir. Onların da hamısı ərzaq məhsulu deyil, avadanlıqların da qiyməti oraya daxildir. Bir də sıradan çıxan ehtiyatın həcmindən asılıdır. Bazarın gündəlik tələbatı ödənilməlidir. Ödənilsə, ciddi problem yaşanmayacaq".
Qeyd edək ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225.2 maddəsi ilə cinayət işi qaldırılıb. 
Aydın Nuri

Sosial       Tarix: 29 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Süni intellekti bilən müəllimlər yetişdirilməlidir

"Məktəblərdə şagirdlərə süni intellekti öyrətmək çətindir". xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, hazırda Azərbaycand

"Azərişığ"ın əməkdaşını cərəyan vurub öldürdü

Ağcabədidə "Azərişığ"ın 24 yaşlı əməkdaşı elektrik cərəyanı vurması nəticəsində ölüb. Hadisə rayon ərazisində keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb. Belə ki, rayonun 2002-ci il təvəllüdl

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada davam edən hərbi əməliyyatlarda daha bir azərbaycanlı həlak olub. xəbər verir ki, 1982-ci il təvəllüdlü Abdullayev Vüsal Bəşir oğlu şiddətli döyüşlər zamanı həyatını itirib. Mərhumun nəşi bu gün Azərbaycana gətirilib

Brent neftinin qiyməti 73,75 dollara düşdü

Dünya bazarında neft qiymətləri ucuzlaşmaqda davam edir. xəbər verir ki, Londonun ICE birjasında keçirilən ticarət əməliyyatları zamanı Brent markalı neftin 2026-cı ilin iyul fyuçersləri 2,01 faiz ucuzlaşıb. Hazırda bir bare

General rütbəsi verilən zabitlər kimdir? - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali hərbi rütbələr verilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general-mayor rütbəs

Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ

Qızdırma, baş ağrısı və əzələ ağrıları hər zaman mövsümi virus infeksiyasına işarə etmir. Bu qeyri-spesifik simptomlar bəzən ölümcül xəstəliklərin – Ebola qızdırması və hantavirus infeksiyasının ilkin əlamətləri ola bilər

Sabahın hava proqnozu açıqlandı

İyulun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəy

Əhvalım çox pisdir - Ofeliya Sənani

Bu gün axşam bağa köçəcəyəm. Şəhərdə bütün günü məni yuxu tutur. Yaşlı adamam, yay mövsümü isti olur, mən isə çölə çıxa bilmirəm. Buna görə də övladlarım gəlib bağa aparacaqlar. xəbər verir ki, bunu -a açıqlamasında Xal

Bakıda üç avtomobil toqquşdu, xəsarət alan var

Bakının Xətai rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza Babək prospektində qeydə alınıb. Belə ki, BMW, BYD və "Khazar" markalı minik avtomobilləri toqquşub. Zərbənin təsirində


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxəbər xeberler az cəbhədən yeni xəbərlər dunya xeberleri