AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğurur

AZƏRTAC: TASS-ın Azərbaycan xalqına yad toponimi reanimasiya cəhdi anlaşılmazlıq doğururTASS-ın divarlarında Azərbaycan xalqına yad olan köhnə adın reanimasiya edilməsi cəhdi təəccüb doğurur.
azxeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İnformasiya Agentliyi AZƏRTAC-ın açıqlamasında deyilir.
"İyulun otuz birində Rusiya Federasiyasının TASS informasiya agentliyi "Stepanakertdə Ayvazovskinin abidəsi söküldü" (https://tass.ru/obschestvo/24675415) başlığı ilə məlumat yayıb.
"Başlığın özündən də göründüyü kimi, AZƏRTAc-ın onilliklər ərzində mehriban, tərəfdaşlıq və hətta dostluq əlaqələrini daim dəstəklədiyi və qiymətləndirdiyi agentlik rəhbərliyi gözlənilmədən əvvəlki kursunu dəyişib və tarixin zibilxanasından çoxdan atılmış "Stepanakert" toponimini başlığa çıxarıb.
Ancaq bu yaxınlarda agentlik öz xəbərlərində şəhərin rəsmi və tarixi adından – Xankəndi (məsələn, 19 iyul, ), 24 iyul və s.). adından istifadə edib.
Azərbaycan xalqına yad olan köhnə adın TASS divarlarında reanimasiya cəhdi anlaşılmazlıq yaratdı və ədalətli sual doğurdu: Son bir həftədə nə dəyişdi ki, Rusiya Dövlət İnformasiya Agentliyində çoxdan keçmiş sovet dövrünün toponimini "diriltmək" qərarına gəldı?
Xankəndi XVIII əsrin sonlarında yaranmış yaşayış məntəqəsinin tarixi adıdır. Azərbaycan dilindən tərcümədə "Xan kəndi" deməkdir. Xankəndidə hökmdara məxsus Qarabağ at sürüsünün saxlanıldığı İbrahim Xəlil xanın malikanəsi yerləşirdi.
7 İyul 1923-cü ildə bolşevik rəhbərliyi tərəfindən Dağlıq Qarabağın Muxtar Vilayəti (DQMV) yaradıldıqdan sonra, özü-özlüyündə yavaş minasına çevrilmiş və Ermənistan – Azərbaycan inzibati – ərazi demarkasiyasında ədalətsizliyin və balanssızlığın əsasını qoyub, muxtariyyətin inzibati mərkəzi - Xankəndi şəhəri həmin il avqustun 10-da sovet tarixşünaslığında yazıldığı kimi "Bakı kommunasının rəhbəri", Azərbaycan xalqının qanlı cəlladı Stepan Şaumyanın şərəfinə "Stepanakert" adlandırılıb.
26 noyabr 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə əvvəlki tarixi adı şəhərə qaytarılıb. 15 oktyabr 2023-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyev şəhərin əsas meydanında Azərbaycan Respublikasının dövlət bayrağını qaldırıb və 7 fevral 2024-cü il son prezident seçkiləri günü bu şəhərdə səs verdi və seçki qutusuna endirdiyi bülleteni "erməni separatçılarının tabutuna vurulmuş son mismar" adlandırdı.
TASS-ın bugünkü xəbərinin adı və mətni Azərbaycan cəmiyyətində anlaşılmazlıq və hətta hiddət doğurdu.
Rusiyanın dövlət mediası rəhbərliyinin əvvəlki kursdan çıxması agentliklərimiz və kollektivlərimiz arasında ənənəvi dostluq münasibətlərini pozur və bütün Rusiya media məkanına təhlükəli bir siqnal göndərir. Yalnız xoş niyyət və iki agentlik arasında çoxillik əlaqələri saxlamaq istəyi ilə idarə olunan AZƏRTAC TASS-dan olan həmkarlarını gələcəkdə bu cür hərəkətləri təkrarlamaqdan çəkinməyə və mümkün fikir ayrılıqlarını dərinləşdirmək əvəzinə bütün səylərini münasibətləri yaxşılaşdırmağa yönəltməyə çağırır.
AZƏRTAC öz növbəsində bəyan etmək səlahiyyətinə malikdir ki, agentlik TASS ilə yaxşı münasibətləri saxlamağa çalışır, eyni zamanda rusiyalı həmkarlarından buraxılmış səhvi düzəltməyi gözləyir. Əgər Azərbaycan tərəfi qarşılıq və anlaşma görməsə, böyük təəssüf hissi ilə cavab olaraq Kalininqrad (Keniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sujuk-Qala), Yujno-Saxalinsk (Toyohara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoi), İjevsk (İjkar) şəhərlərinin, Volqa çayı (itil) və digər bir sıra tarixi adlardan istifadə edəcək", - açıqlamada deyilir.

Siyasi       Tarix: 02 avqust 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


azerbaycan xeberleri yeni xeberler son xeberler şou biznes xəbərləri azerbaycanda son xeberler cəbhədən canlı hava haqqinda