Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI
Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək.
Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb.
Bu vəzifəyə Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə 3 nəfərin namizədliyi irəli sürülüb. Onlar hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Zahid Oruc bildirib ki, sabah Ombudsmanın seçilməsi ilə bağlı məsələ müzakirə olunacaq:
"Sabah Ombudsmanın seçilməsi ilə bağlı məsələ müzakirə olunacaq və yekunda səsvermə keçiriləcək. Namizəd 83 səs çoxluğu topladığı təqdirdə seçilmiş hesab olunacaq. Səsvermənin nəticəsindən sonra parlament sədri qərarı elə həmin gün imzalayacaq və bununla da sənəd hüquqi qüvvəyə minəcək. Əminəm ki, bütün bu proses və prosedurlar sabah yekunlaşacaq".
Qeyd edək ki, Ombudsman 7 il müddətinə seçilir. Eyni şəxs müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
Xatırladaq ki, hazırkı Ombudsman Səbinə Əliyeva 29 noyabr 2019-cu ildə Prezidentin irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən bu vəzifəyə seçilib.
Aynur Babazadə / azxeber.com

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı