"Azərxalça" ASC-yə yeni sədr müavini təyin edildi
"Azərxalça" ASC-nin İdarə Heyəti sədrinə müavin təyin edilib.
Azxeber.com xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, bu vəzifəyə Ceyhun Əlibəyov təyinat alıb.
Ceyhun Əlibəyov Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəsmxətt və rəsm müəllimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində isə qrafik rəssam ixtisası üzrə təhsil alıb.
Qeyd edək ki, Ceyhun Əlibəyov bundan əvvəl həm yerli, həm də beynəlxalq korporasiyalarda 15 il müddətində rəhbər vəzifələrdə çalışıb. "GlaxoSmithKline" (GSK) şirkətində müxtəlif vaxtlarda Azəbaycan və Gürcüstan nümayəndəliklərinin rəhbəri və MDB regionunda biznesin inkişafı üzrə koordinator kimi fəaliyyət göstərib.
Ceyhun Əlibəyovun biznesin inkişafı üzrə strategiyanın yaradılması, layihələrin aparılması və həyata keçirilməsi, maliyyənin idarə edilməsi, satış və marketinq kimi sahələr üzrə böyük təcrübəsi var.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR