Azıb üç gün meşədə qalan azyaşlı ordan necə sağ çıxıb?
Azıb üç gün meşədə qalan azyaşlı ordan necə sağ çıxıb?
Rusiyanın Smolensk vilayətində azaraq üç gün meşədə qalan azyaşlının valideynləri onun başına gələnlərdən danışıblar.
İki yaşlı qızın Kp.ru-ya müsahibə verən anası deyib ki, uşağı böyük bacısının yanında qoyub gedib, 10 dəqiqə sonra qayıdanda onu tapmayıb.
Avqustun 17-də itən uşağın tapılması üçün yüzlərlə insan cəlb olunub və o, 3 gün sonra, ayın 20-də tapılıb. Axşamlar tempraturun +10 dərəcə olduğu meşədə qızcığazın necə sağ qalmasına isə atası aydınlıq gətirib. O deyib ki, uşaq dünyaya gələndən qış aylarında bacısı ilə hovuzda üzüb:
"O fiziki cəhətdən güclüdür, cəsarətli və inadkardır. Həmişə axıra qədər getməyi xoşlayır. Çox güman ki, bu keyfiyyyətlərinə görə sağ qalıb".
Sən demə meşədə qaldığı müddətdə o kiçik bir çayı da üzərək keçib.
Uşağın qorxmaması üçün onu yalnız qadınlar adı ilə səsləyib. Onun tapılması isə qəfil olub. Axtarış qrupu oturub dincələndə səs eşidiblər. Bu zaman qızlardan biri uşağı səsləyib və uşaq onlara cavab verib.
Körpənin üst-başı cızılmış olsa da, əhvalı şən olub. Uşağın anası deyib ki, körpəsi ondan ayrı qalmır. Eyni zamanda o qeyd edib ki, uşaqda heç bir psixoloji dəyişiklik yoxdur. /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR