Azyaşlı övladına və arvadına işgəncə verən şəxs həbs edildi
Bakının Xəzər rayonunda azyaşlı övladına və arvadına işgəncə verən şəxs həbs edilib.
Bunu açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov deyib. O bildirib ki, Xəzər sakini 2017-ci il təvəllüdlü azyaşlıya atası tərəfindən əzab verilməsi, onun 2006-cı il təvəllüdlü bacısının qanunsuz nikaha daxil olması, ötən ilin dekabr ayının sonlarında uşaqların anasının üzərinə əri tərəfindən qaynar su tökülərək xəsarət yetirilməsi faktları ilə bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.
"Cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində azyaşlının atası, eləcə də on altı yaşına çatmayan qız ilə qanunsuz nikaha daxil olmuş şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. İstintaq orqanının vəsatəti əsasında prokuror tərəfindən məhkəməyə təqdimat verilib. Hər iki şəxsin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir", - deyə K. Zeynalov bildirib.
Qurum rəsmisi deyib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilmiş müraciət əsasında "Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin nəzdində fəaliyyət göstərən sığınacağa yerləşdirilmiş uşaqların vəziyyəti normaldır, psixoloq və sosial işçilər tərəfindən işlər aparılır.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var