Azyaşlı uşaqların və yeniyetmələrin qəfil ölümünün səbəbi nədir? – Həkimdən AÇIQLAMA

Azyaşlı uşaqların və yeniyetmələrin qəfil ölümünün səbəbi nədir? – Həkimdən AÇIQLAMAUşaqlar bizim gələcəyimizdir. Onların gümrahlığı bizim gələcəyimizin təməlinin sağlam olması deməkdir. Lakin indiki dövrdə tam sağlam uşaq tapmaq çox çətin məsələdir. Bununla yanaşı son dövrlərdə uşaqların və yeniyetmələrin qəfil ölümü adi hala çevrilib. Bəs görəsən, uşaqların qəfil ölümünün səbəbi nədir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan həkim-terapevt Məlahət Abbasova bildirib ki, uşaqlar ildə iki dəfə həkim müayinəsindən keçməlidir: "Uşaq sağlam doğula bilər. Lakin bu o demək deyil ki, sonra onun müxtəlif sağlıq problemi yaranmayacaq. Təəssüf ki, bəzi valideynlər bu məsələdə məsuliyyətsiz davranırlar. Elə uşaq var ki,  bir müddət sonra onun beynində epileptik ocaqlar yaranır. Bəzi uşaqların ürəyində sonradan müxtəlif qüsurlar meydana çıxır. Ona görə də uşaqlar ildə iki dəfədən az olmamaq şərti ilə qanın ümumi analizini və sidik analizini verərək həkim müayinəsindən keçməlidir".
Həkimin sözlərinə görə, əvvəlki dövrün uşaqları ilə müasir zamanın yeniyetmələrinin sosial həyatında xeyli fərqlər var: "Əvvəllər uşaqlar indiki qədər telefon və kompüter arxasında vaxt keçirmirdi. 50 il əvvəlin uşaqları heç televizora belə baxmırdı. O dövrdə uşaqların əksəriyyəti bütün günü həyətdə, bağ-bağçada oynayırdı. İndi valideyn özü rahatlığını təmin etmək üçün övladına telefon verir. İndi məktəbə gedənlərin dərs yükü də çox ağırdır. İnkişaf dövründə olan uşağın saatlarla gözünü telefona zilləməsi bir sıra sağlamlıq problemlərinə yol açır. Əksər uşaqlar axşam saat 10-11-ə kimi verilən ev tapşırıqlarını yazmaqla məşğul olur. Onların demək olar ki, istirahəti yoxdur. Amma mən öz uşaqlığımdan misal çəksəm deyə bilərəm ki, biz bir saata qədər bütün tapşırıqları bitirmiş olurduq. İndi yeniyetmələr günün böyük hissəsini hərəkətsiz qalır".
Azyaşlı uşaqların və yeniyetmələrin qəfil ölümünün səbəbi nədir? – Həkimdən AÇIQLAMAM.Abbasova qeyd edib ki, qəfil ölümlərin əsas səbəblərindən biri də qida rejimidir: "Uşaqlarımızın böyük əksəriyyəti sağlam qidalanmır. Fastfood qidaları bəşəriyyətin bəlasına çevrilib. Valideynlərimiz azyaşlı övladlarına belə kimyəvi tərkibli və yağda qızarmış qidaları verməkdən çəkinmir. Fastfood restoranlarında bunun əyani şahidi oluruq.  Hamilə qadınlar öz sağlamlıqlarına, qida rejiminə fikir vermir. Ananın sağlamlığı hər şeydən vacibdir. Sağlam ana sağlam övlad dünyaya gətirir. Əgər ananın orqanizmində problemlər varsa, doğulan uşağın xəstə olması ehtimalı yüksəkdir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sağlamlıq       Tarix: 12 aprel 2022
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Gənc qalmağın sirri açıldı: Nə pul, nə də genetika – Həkimdən sensasion açıqlama

İnsanların gənc görünməsində genetikanın rolu gözlənildiyi qədər böyük deyil. Harvard Universitetinin 80 illik müşahidə və təcrübələrinin nəticələri bu məsələyə fərqli yanaşmağa əsas verir. xəbər verir ki, bu barədə həkim-farmakolo

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler son.xabar cəbhədən görüntüleri xankendi