Yaşlı insanlar üçün əvəzedilməz faydaları var
Qaragilə "pis" xolesterini azaldır, beynin qan dövranını yaxşılaşdırır və yaşlılarda yaddaş və diqqət pozğunluqları riskini azaldır.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Vyana Universitetinin "Wiener Kinderstudien Lab" laboratoriyasının alimləri elan ediblər. Tədqiqatın nəticələri "Nutrition Research" jurnalında dərc edilib.
Araşdırmada 60 yaşdan yuxarı, azhərəkətli həyat tərzi keçirən 55 nəfər iştirak edib. Onlardan bir qrupu gündə iki dəfə qaragilə tozlu içki, digərləri isə plasebo qəbul edib.
İçkidəki qaragilə miqdarı təxminən 1.5 stəkan təzə meyvəyə bərabər olub.
Nəticələrə görə, qaragilə qəbul edənlərdə "pis" xolesterin (LDL) azalıb, "yaxşı" xolesterinlə (HDL) bağlı "ApoA-I" zülalının səviyyəsində isə müsbət dəyişiklik baş verib.
Həmçinin onların bağırsağında qaragilənin güclü antioksidantları olan antosiyaninləri parçalaya bilən faydalı bakteriyaların sayı artıb.
Alimlər bildiriblər ki, qaragilə həm də C və K vitaminləri, manqan və liflə zəngindir. Bu maddələr immuniteti gücləndirir, sümük sağlamlığını və həzm sistemini dəstəkləyir – bu da yaşlılıqda sağlam qalmaq üçün vacibdir.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan