Baba Vəziroğlu efirdə dava salan qardaşından danışdı: "Onun yerində olsaydım

Baba Vəziroğlu efirdə dava salan qardaşından danışdı: Baba Vəziroğlu efirdə dava salan qardaşından danışdı: "Onun yerində olsaydım..."
"İnsanlar bu mövzuda mənim adımı niyə hallandırırlar ki? Anar mənim bağçaya gedən uşağımdır, ya orta məktəbdə oxuyan şagirdimdir? Anar Vəziroğlu bəlli yaşı olan müstəqil bir insandır..." 
Bu sözləri Yenisabah.az-a Əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib. Qardaşı Anar Vəziroğlunun canlı efirdə vəkil Şəfiqə Nağıyeva ilə qalmaqalından danışan şair qardaşının artıq müstəqil insan olduğunu bildirib:
"Efirdə hər şey mümkündür. Hələ Rusiya telekanallarını izləsəniz, görərsiniz ki, orada insanlar bir-birini necə şapalaqlayırlar. Efirdə hər şey olur, amma hər adam bunu özünə rəva görürmü? Bu artıq ayrı məsələdir. Mən elə verilişlərə getmirəm, heç baxmıram da. Dünən mənə də dedilər ki, belə bir hadisə baş verib. Əvvəllər mənə deyirdilər ki, qardaşın belə bir çıxış edib, mənsə cavab verirdim ki, bunu mənə deməyin, nə sözünüz varsa, yığıb özünə deyin.
Aralarında nə olub, bilmirəm, amma mən Şəfiqə Nağıyevanı normal bir vəkil kimi tanıyırdım. Bilmirəm, aralarında nə baş verib ki, bu səviyyəyə qədər gəliblər. Bəlkə də, televiziyaya xoş olmaq üçün ediblər. Çünki telekanallar bundan reytinq qazanırlar. Necə ki, keçmişdə xoruz döyüşdürürdülər, millət yığılırdı, indi telekanallar da bu metoddan istifadə edirlər". 
B.Vəziroğlu sosial mövzulu verilişlərə də, orada ekspert qismində çıxış edənlərə də pis baxdığını açıqlayıb:
"Açığı, mən bu ekspertlərə, verilişlərə pis baxıram. Çünki mən heç vaxt özümü səlahiyyətli saymaram ki, kiməsə ağıl verib, yol göstərim. Özü də o verilişlərdə böyük məsələlərdən söz açılmır, birinə deyirlər, niyə arvadını boşamısan, birinə deyirlər, niyə ərini, uşaqlarını qoyub qaçmısan, uşaqların haradadırlar? Mənim nə ixtiyarım var ki, kiməsə deyim, niyə arvadını boşamısan? Heç dəxli var? Hətta verilişlərin birində bizim ağsaqqal bir dostumuz ekspert kimi oturmuşdu, ora bir xanım gəlmişdi, deyirdi ki, hamiləyəm, bu uşağı məhv edim, ya doğum, bilmirəm. Çox qocaman sənətçimiz də bir saat efirdə bunu müzakirə etdi, gah dedi, doğ, gah dedi, yox, doğma. Mən artıq belə şeylərə gülürəm. Həm də bilirəm ki, televiziyalar bundan reytinq tutur. Görürsünüz ki, bu cür qalmaqallar efirə gedir. Redaktor bunları efirə buraxır".
Qalmaqaldan danışan şair qeyd edib ki, özü heç vaxt bir qadına qarşı bunu etməzdi:
"Bu tip qalmaqalların hamısı efirə gedir, Anar, Şəfiqə kimi insanlar da bilə-bilə bunu edirlər, bunlar da bu cür reytinq qazanırlar. Başım çıxmır, reytinq davası gedir. Nə bilim, vallah, məşhur bir məsəl var, hər qoyunu öz ayağından asırlar. Anar uşaq deyil ki, qoyum qabağıma, başlayım danlamağa. Dostum deyil ki, deyim, belə etmə, bu sənə hörmət gətirməz-filan. Bilirsiniz, qardaş ayrı şeydir, dost ayrı.
Deyirlər, üstünə su atıb. Mənim üstümə nəinki su, yekə qara daş da atsaydılar, mən qadına eynisini etməzdim. Çünki kişinin özəlliyi odur ki, qadının hər etdiyinə cavab verməsin. Onların söylədiklərini bir az boş vermək lazımdır. Məşhur rus yazıçılarından birinin belə bir sözü var, qadınla mübarizə, mücadilə aparmaq küçəni balaca elektrik sobası ilə qızdırmaq qədər faydasız və mənasızdır. Yəni onları boş buraxmaq, reallıqla barışmaq lazımdır". / oxu.az

Şou Biznes       Tarix: 02 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qadınlara gül almayın' - Niyamdan kişilərə

Müğənni Niyam Salami qadınlara hədiyyə seçimi ilə bağlı maraqlı fikirlər səsləndirib. Sənətçi həmkarı İzzət Bağırovun konsertində kişilərə qadınlara gül almaq əvəzinə qızıl hədiyyə etməyi tövsiyə edib. "Kişilərə tövsiyə

Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır

Pop ulduz Maykl Ceksonun "Thriller" klipindəki pencəyi Əbu-Dabidə hərraca çıxarılacaq. Ceksonun həmçinin əlcəkləri, mokasinləri və digər şəxsi əşyaları satılacaq. Hərrac dekabrda keçiriləcək. /

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber.az sonxabar xeberler hava