Babasından qalan mülkə görə əmisini xüsusi amansızlıqla öldürdü - Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Lənkəran Ağır Cinayətlər Məhkəməsində doğma əmisini öldürməkdə təqsirləndirilən Elşən Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
KONKRET.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin qərarı ilə Elşən Hüseynzadə 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, hadisə Lənkəran rayonunun Vivlan kəndində baş verib. Kənd sakinləri Vəliağa Səbziyev və qardaşı Hüseynqulu ata evində məskunlaşıblar. Ataları vəfat etdikdən sonra Vəliağa kənd ərazisində özü üçün ayrıca ev tikdirsə də, ata evini də miras kimi öz adına rəsmiləşdirib. Buna baxmayaraq, ata yurdunda Hüseynqulu və onun ailəsi yaşamaqda davam edib.
Bir müddət sonra qardaşlar arasında mübahisə yaranıb və Vəliağa Hüseynqulunun ailəsinin həmin evdən çıxmasını tələb edib. Getməyə başqa evləri olmadığı üçün Hüseynqulunun ailəsi ata evini tərk etməyib. Bu səbəbdən iki qardaş arasında mübahisələr daha da kəskinləşib.
Ötən il mayın 29-da Hüseynqulu Hüseynzadənin oğlu Elşən əmisi Vəliağanı qətlə yetirməyə qərar verib. O, bu məqsədlə evdən mətbəx bıçağı götürərək axşam saatlarında kəndin örüş sahəsinə gedib. Elşən bilirmiş ki, əmisi həmin əraziyə mal-qarasının arxasınca gələcək və orada onu gözləməyə başlayıb.
Vəliağa heyvanlarını aparmağa gəldikdə Elşən onun qarşısını kəsərək mülkdən əl çəkməsini tələb edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Elşən əmisi Vəliağaya 15 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
Hadisəni törətdikdən dərhal sonra Elşən Hüseynzadə rayon ərazisini tərk edərək Bakıya gəlib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Hava Limanında saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və Elşən Hüseynzadə istintaqa təhvil verilib.Oxu.Az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yavər Şıxəliyev vəfat etdi
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
"Hər həftə bir ev alırdım
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub