Babuxanyan Ermənistandakı acınacaqlı vəziyyət barədə: "Nikol hələ dünən getməli idi

Babuxanyan Ermənistandakı acınacaqlı vəziyyət barədə: "Nikol hələ dünən getməli idiBabuxanyan Ermənistandakı acınacaqlı vəziyyət barədə: "Nikol hələ dünən getməli idi"
"Nikol Paşinyan, onun Səhiyyə naziri və bütün hökumət koronavirusla bağlı yaranmış biabırçı vəziyyətə görə məsuliyyət daşıyır".
Bu sözləri "İravnuk TV"yə müsahibəsində Ermənistanın Konstitusiya Hüququ İttifaqı Partiyasının lideri Hayk Babuxanyan deyib.
Partiya lideri N.Paşinyan hökumətinin korrupsiyaya uğraması və dövlət vəsaitlərini mənimsəməsinin danılmaz fakt olduğunu qeyd edib:
"Nikol artıq baş verənləri hansısa şəkildə izah etməyə də çalışmır. Onun dövlət aparatına böyük mükafatlar şəklində etdiyi yenilik rüşvət və eyni zamanda, dövlət vəsaitlərinin mənimsənilməsidir.
Təkcə mənasız və axmaq referenduma dövlət büdcəsindən 125,5 milyon dramdan çox pul xərclənib. Şəxsən N.Paşinyanın, onun nazirlərinin və hökumətinin səhvinə görə külli miqdarda vəsait boş yerə sərf olunub.
Yalnız vəsait deyil, həm də koronavirusla mübarizəyə ayrılmalı olan vaxt da sərf edilib. Bu pullara xəstəxana tikmək, xəstələrə yardım üçün müvafiq avadanlıqlar, ölkəyə vaxtında testlər gətirmək olardı. İndi isə səhiyyə sistemi dağılıb, insanlar tibbi yardım ala, testdən keçə bilmir. Onlara deyirlər ki, gedin, evdə müalicə alın".
A.Babuxanyan baş verənlərin Ermənistanın beynəlxalq arenada nüfuzunu olduqca aşağı saldığını qeyd edib.
"Narıncı dövlət çevrilişinə qədər nikolçular "qürurlu" xarici siyasətin vacibliyindən danışırdılar. Bu "qürur" sadəcə ruslara qarşı ortaya çıxdı? Bu gün elə yerə çatmışıq ki, Gürcüstan "gəlin, bu yoxsul və bədbəxt ölkəyə kömək edək" deyir", - A.Babuxanyan bildirib.
Partiya rəhbəri vurğulayıb ki, ölkədəki fövqəladə vəziyyət rejiminin arxasında siyasi məqsədlər durur:
"Ölkəmizdə normal hakimiyyət olanda, bu biabırçı parlamentin qəbul etdiyi bütün qanunlar ləğv edilməli olacaq. Fövqəladə vəziyyətə gəlincə, bu rejim xunta rəhbərliyinin xalqdan, siyasi rəqiblərindən qorxmasına görə uzadılır".
A.Babuxanyan Nikol Paşinyanın hakimiyyətdən getməli olduğunu da söyləyib:
"Nikol hələ dünən getməli idi, ancaq onun yerinə kimin gələcəyi çox vacib məsələdir". /oxu.az

Siyasi       Tarix: 22 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah


son xeberler azerbaycan xeberleri yeni xeberler sou biznes son xabarlar ən son xəbərlər xeber.az son xeberler