Badamdar sakinlərindən şikayət: "Hər gün saatlarla avtobus gözləyirik
Badamdar sakinlərindən şikayət: "Hər gün saatlarla avtobus gözləyirik"
Badamdar qəsəbəsində yaşayan sakinlər marşrut avtobuslarının xidmətindən narazıdır.
Bu barədə Oxu.Az-a sözügedən problemlə qarşılaşan vətəndaşlardan biri məlumat verib.
Şikayətçi 20 Yanvar dairəsindən Badamdar istiqamətinə avtobusların qeyri-sabit qrafiklə çalışmasından narazı olduğunu bildirib:
"Söhbət 29 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən sərnişin avtobuslarından gedir. Hər gün işdən çıxıb saatlarla avtobus gözləyirik. Axşam saat 9-dan sonra isə ümumiyyətlə 29 nömrəli avtobusu görmək mümkün deyil. Sürücülərdən soruşanda qrafik üzrə çalışdıqlarını, axşam saat 9-dan sonra işləmədiklərini deyirlər. İnsanlar işdən-evə, evdən-işə gedib-gəlmək üçün əziyyət çəkir. Həftə sonları isə ümumiyyətlə avtobus tapmaq olmur. Xahiş edirik köməklik göstərəsiniz".
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mayis Ağayevlə əlaqə saxladıq. BNA rəsmisi məsələnin araşdırıldığı bildirib:
"Sözügedən məsələ ilə bağlı xətt üzrə müvəqqəti istismarçı "Menlok" MMC-nin rəhbərliyi Bakı Nəqliyyat Agentliyinə çağırılıb. Məsələ araşdırılacaq. Sərnişinlərimizi narahat edən məqamların qısa vaxtda aradan qaldırılması ilə bağlı göstəriş veriləcək".
Könül Cəfərli /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb