Bağ evlərinin kirayə qiymətləri BAHALAŞDI

Bağ evlərinin kirayə qiymətləri BAHALAŞDIYay mövsümünün başlanması ilə daxili turizmə tələbat artıb. İnsanlar da dincəlmək üçün Bakı ətrafında yerləşən bağ evlərinə və dağlıq ərazilərə üz tuturlar.
Bunun da həmin ərazilərdə yerləşən kirayə qiymətlərinə təsiri qaçılmazdır.
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, artıq belə ərazilərdə yerləşən evlərin kirayə qiymətləri bahalaşıb.
"Bu hər il davam edən tendensiyadır. Qiymət artımı avqust ayının 10-na qədər davam edəcək. Avqustdan sonra evlərin kirayə qiymətləri ucuzlaşacaq. Çünki bağ evlərinə kirayəsi əsasən mövsümi xarakter daşıyır.
Hazırda Bakı və Abşeronda dənizkənarı kirayə evlərin qiyməti aylıq 1500 manatdan başlayaraq 6000 manata qədər və ondan daha bahadır. Dənizkənarı olmayıb, lakin əlverişli şəraiti olan bağ evlərinin də qiymətində bahalaşma var. Ərazinin infrastrukturundan asılı olaraq qiymətlərdə fərqlər var. Ən baha kirayə mənzillər Mərdəkan, Bilgəh və Novxanı qəsəbəsindədir", - o deyib.
Ətraflı
Ekspert bildirib ki, bölgə olaraq isə, bu il ən populyar şimal və cənub rayonlarıdır.
"Həmişə ilk yerlərdə olan İsmayıllıya gedən yolda təmir aparıldığından həmin istiqamətə gedənlərin sayı azalıb.
Ümumi olaraq götürdükdə turizm bölgələrində günlük kirayə mənzilin qiyməti şəraitinə görə 50 - 500 manat arasında dəyişir", - deyə o qeyd edib.
Mərdəkanda bağını kirayə verən Orxan Əliyev bildirib ki, bu il ötən illə müqayisədə tələbat artıb.
"Bu da qiymətə təsir edib. Belə ki, ötən il iki otaqlı və hovuzu olan evimi 1500 manata kirayə verirdimsə, bu il qiymət 1800 manatdır", - deyə sakin qeyd edib.

Sosial       Tarix: 02 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Bütün risklər gözə alındı: Hesab ödəmə vaxtıdır - Benzin, İranla müharibə, sonu görünməyən böhran

Donald Tramp böyük oynamağı sevir. Miqyaslı qərarlar, sərt bəyanatlar, kəskin danışıqlar və maksimum risklər… Lakin böyük siyasətin xoşagəlməz bir xüsusiyyəti var: bəzən geosiyasi ambisiyaların hesabını prezident yox, ad

Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər

Hüquqi şəxslərin elektron dövlət qeydiyyatına görə rüsum güzəştinin daraldılması təklif olunur. xəbər verir ki, hazırda hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır. Layihədə isə bu güzəştin yerli və ya xaric

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,62 dollar və ya 0,58% artaraq 107,46 ABŞ dolları olub. Qeyd edək ki, ötən gü

Şahbuza qar yağır

Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun yüksək dağlıq ərazilərində qar yağışı müşahidə olunub. "Unikal"-a istinadən xəbər verir ki, rayonun Batabat yaylağı, dağ kəndləri və Biçənək ərazisi qar örtüyün

İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi

Azərbaycan vətəndaşı Rusiyada qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd sakini Rahil Həsənov Moskva şəhərində qəfil dünyasını dəyişib. İlkin məlumata görə

Azərbaycanda bu fond ləğv olunur

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur. KONKRET.azəbər verir ki, bu, "Tullantılar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bununla, güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyya

Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi

"Bu gün Azərbaycanda qısa iş günü deyil". Bu barədə -un sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib. "Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayra

Kuryerlər üçün aylıq vergi təklif olunur

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. oxuaz-a istinadən xəbə

Dövlət bu şəxslərə 11 min manat verəcək

Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, müxtəlif sosial kateqoriyalardan olan vətəndaşlara dövlət büdcəsindən və ya müvafiq fondlardan müəyyən həyat hadisələri, xüsusi xidmətlər və ya sosial dəstək məqsədil


yeni xeberler azerbaycan xeberleri son xeberler maşın realiti şou maraqlı xəbərlər cəbhədən son məlumatlar son xeber.az