Kuryerlər üçün aylıq vergi təklif olunur

Kuryerlər üçün aylıq vergi təklif olunurKuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur.
KONKRET.az oxuaz-a istinadən xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, sabit vergi modeli həm də vergi orqanları üçün nəzarət və inzibatçılığı asanlaşdırır, əməliyyatların rəsmiləşdirilməsini təşviq edir və sektor üzrə dövriyyənin daha şəffaf uçotuna imkan yaradır. Nəticədə, qeyri-rəsmi fəaliyyət göstərən kuryerlərin rəsmi fəaliyyətə keçidi təşviq olunur və sahibkarlar üçün əməliyyat xərcləri azalır.
Sifarişlərin kuryerlər tərəfindən çatdırılması avtomobil, motosiklet, velosiped və skuter olmaqla müxtəlif vasitələrlə həyata keçirilir. Bu şəxslərin vergi orqanlarına hesabat təqdim etmək və gəlir-xərc uçotu aparmaq kimi vərdişləri demək olar ki, yoxdur və bir çox hallarda mövcud inzibati yük onları qeyri-rəsmi fəaliyyətə sövq edir.
Eyni zamanda, kuryer fəaliyyəti son illərdə elektron ticarətin genişlənməsi ilə paralel olaraq sürətlə artmış və əsasən fərdi qaydada, muzdlu işçi cəlb etmədən fəaliyyət göstərən fiziki şəxslər tərəfindən həyata keçirilən xidmət sahəsinə çevrilmişdir. Bu baxımdan, aylıq sabit məbləğ əsasında sadələşdirilmiş verginin müəyyən edilməsi və vergi öhdəliklərinin sabit qəbz vasitəsilə yerinə yetirilməsi təklif olunur. Bu da vergilərin hesablanması, ödənilməsi və hesabatlılıq üzrə inzibatçılığı əhəmiyyətli dərəcədə sadələşdirəcək, mühasibatlıq xərclərini azaldacaq.

Sosial       Tarix: 09 noyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hansı ölkədə təqaüdə çıxma daha sərfəlidir? - Reytinq

"Natixis Qlobal Təqaüd İndeksi" dünyada təqaüdə çıxmaq üçün ən əlverişli ölkələrin reytinqini bəyan edib. -a istinadla xəbər verir ki, 2026-cı il üzrə nəticələrə əsasən, Norveç təqaüdçülər üçün ən yaxşı ölkə seçilib

Azərbaycanda benzin və dizellə bağlı yeni qayda

Yanacaq məhsullarının markalanması və izlənilməsi mexanizmi tətbiq olunacaq. xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, daxili istehsal və idxal olunan yanacaq məhsulların

Kuryerlər üçün aylıq vergi təklif olunur

Kuryer fəaliyyəti ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslərə münasibətdə sadələşdirilmiş verginin aylıq sabit məbləğ (15 manat) əsasında müəyyən edilməsi təklif olunur. oxuaz-a istinadən xəbə

Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,62 dollar və ya 0,58% artaraq 107,46 ABŞ dolları olub. Qeyd edək ki, ötən gü

Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ

"Pərakəndə satışda müştərinin alış qərarına birbaşa təsir edən və onları alış-verişə təhrik edən əsas vitrin zonaları mövcuddur. Bu zonalar düzgün planlaşdırıldıqda mağazanın dövriyyəsini və orta səbət məbləğini əhəmiyyətl

Azərbaycanda bu fond ləğv olunur

Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur. KONKRET.azəbər verir ki, bu, "Tullantılar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Bununla, güzəşt və birdəfəlik ödəniş, habelə nəqliyya

MKA: "Android TV box" cihazları kibertəhlükə mənbəyinə çevrilə bilər

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) Azərbaycanda satılan bəzi "Android TV box" cihazlarında "BADBOX 2.0" botnet kampaniyasına aid zərərli komponentlərin aşkarlanması barədə xəbərdarlıq edir. Mill

Evdə saxladığınız pullarla bağlı vacib xəbər - Banklar bunu pulsuz edir

Evdə azyaşlı uşaqların əskinasları cırması, siçanların pulun bir hissəsini gəmirərək yararsız hala salması və digər bu kimi hallar vətəndaşların maddi itki ilə üzləşməsinə səbəb olur. Belə vəziyyətlərdə zədələnmiş əskinasları

Parlamentdə ətin qiyməti ilə bağlı xəbərdarlıq

"Bəzi ölkələrdə buraxılmış səhvləri biz də təkrar etsək, bir müddət sonra heyvandarlıqda çox ağır vəziyyət yaranacaq". oxuaz-a istinadən xəbər verir ki, bu fikirləri deputat Əli Məsimli Milli Məclisin İqtisadi siyasət


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər son xeber.az xeberler bu qun cəbhədən son xəbərlər