Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı YENİ AÇIQLAMA
"İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisə ilə əlaqədar toplanan ilkin materiallar rayon Polis Şöbəsinin istintaq bölməsinə verilib".
KONKRET.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov deyib.
O bildirib ki, bağçada çalışan digər şəxslər və orada təhsil alan digər uşaqların valideynlərinin izahatları alınır: "Hazırda araşdırma davam etdirilir".
Qeyd edək ki, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi – müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova üç yaşlı uşağı vurub. Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Daha sonra Z.Baxışova təhqiqata cəlb edilib və o, işdən çıxarılıb.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar