Bağırsaq xərçəngindən qoruyan qidalar açıqlandı
London İmperial Kollecinin alimləri müəyyən ediblər ki, ispanaq, kələm və brokoli kimi yarpaqlı göyərtilərdə olan fol turşusunun qəbulunun artırılması kolorektal xərçəng riskini 7% azalda bilər.
KONKRET.az xəbər verir ki, nəticələr The American Journal of Clinical Nutrition (AJCN) jurnalında dərc olunub.
Tədqiqatda 70 mindən çox insan iştirak edib. Alimlər gündəlik istehlak edilən fol turşusunun (vitamin B9) miqdarının bağırsaq xərçənginin (kolorektal xərçəng) inkişaf ehtimalına necə təsir etdiyini öyrənməyə çalışıblar. Əvvəlki araşdırmalar göstərib ki, hər 260 mikroqram fol turşusu bu növ xərçəngin inkişaf riskini 7% azaldır. Bu miqdar sözügedən vitaminin tövsiyə olunan gündəlik qəbulunun 65%-nə (400 mikroqram) uyğun gəlir.
Məlum olub ki, fol turşusunun kolon xərçənginin inkişaf riskini azaltma qabiliyyəti insan genomunun müəyyən bölgəsində, xüsusən üçüncü xromosomun 3p25.2 bölgəsində baş verən dəyişikliklərlə bağlıdır. Bu transformasiya kolorektal xərçəngin qarşısını alan müəyyən mexanizmləri işə salır.
Alimlər qeyd ediblər ki, B9 vitamini ispanaq, kələm, brokoli, günəbaxan tumları, tam taxıllar, paxlalılar, həmçinin meyvələr, xüsusilə sitrus meyvələri kimi qidalarla zəngindir. Fol turşusu qida əlavəsi kimi də mövcuddur. Tədqiqatçılar həmçinin ümumi sağlamlıqda sabitliyi qorumaq üçün sağlam pəhrizin zəruriliyini vurğulayıblar.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var