"Bahalaşacaq, az yesinlər, ixracı dayandırmalı deyilik ki..." - Azərbaycan Vyetnama ət satacaq

Azərbaycan Vyetnama hər il 1 000 tondan çox ət və ət məhsulları ixrac edəcək.
Bununla bağlı Bakıda "Canet" MMC və Vyetnam Aşpazlar Assosiasiyası arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb.
"Canet" MMC-nin rəhbəri Tural Əliyev məlumat verib ki, bu ilin may ayında Vyetnamda keçirilən görüşdə şirkətlərlə bu istiqamətdə danışıqlar aparılıb: "İmzalanan Niyyət protokoluna əsasən, Vyetnam şirkətlərinin tələbatına uyğun olaraq Azərbaycandan ət ixrac ediləcək. İxracın həcminin illik 1 000 tondan çox olacağı proqnozlaşdırılır. Çatdırılma əsasən hava yolu ilə həyata keçiriləcək. Soyudulmuş ətlər hava nəqliyyatı, dondurulmuş ətlər isə avtomobil yolu ilə daşına bilər".
Maraqlıdır, bu addım ölkədə ətin bahalaşmasına səbəb olacaqmı?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Xalid Kərimli hesab edir ki, ölkədə qeyri-neft məhsullarının ixracının zəif olduğunu nəzərə alsaq, ət məhsullarının xarici bazara çıxışının təmin edilməsi sevindirici haldır:
"Azərbaycanda ət istehsalı ilə məşğul olan dövlət müəssisəsi yoxdur. Bununla sahibkarlar məşğul olur. Əgər sahibkar itehsal etdiyi əti ona sərf edəcək qiymətə ixrac etmək imkanı qazanacaqsa, o mütləq şəkildə bunu edəcək. Eyni zamanda onun ixracının qarşısını heç kim ala bilməz. Sahibkar tutaq ki, əti yerli bazarda 2,90 AZN-ə, xaricə isə 3 AZN-ə satmaq seçimi qarşısında qalacaqsa, təbii ki, xaricə satış etməkdə maraqlı olacaq. Sahibkarın məhsulunu xarici bazara çıxarması ölkə iqtisadiyyatı üçün faydalıdır. Ölkə istehsal etdiyi məhsulu daha baha qiymətə satır. Bu, çox yaxşıdır".
İqtisadçı qeyd edib ki, məhsulun xarici bazara çıxarılması daxili bazarda qiymət artımına səbəb ola bilər:
"İxrac məhsulun qiymətini daxili bazarda artıran amildir. Güman edirəm ki, nəticədə ət bazarında bahalaşma olacaq. Əgər müəssisənin istehsal gücü məhduddur, amma o tam gücü ilə işləyirsə, məhsulunu xarici bazara yönəldir. Ümumiyyətlə, ixracın artması daxili bazarlarda qiymət artımına səbəb olur, necə ki, biz bunu pomidorda görürük".
Onun sözlərinə görə, ət istehlakının azalması sahibkarın öhdəliyi deyil:
"Sahibkar öz məhsulunu ixrac etməklə pul qazanacaq. Şirkətin istehsalı böyüyəcək, işçi sayı artırılacaq, dövlətə vergi verəcək. Bu iqtsadiyyata müsbət təsir edir. İllik istehlaka, ölkə əhalisinin tələbatına baxanda 1000 ton ciddi rəqəm deyil. İxracın istehlakı azalmasına qalanda isə bu sahibkarın işi deyil. Kimsə çox ət yeyəcək deyə, o məhsulun ixracı dayanmalı deyil. Qiymət artacaqsa, ölkə əhalisi az ət yeyər. Bu iqtisadiyyatın problemi deyil".
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin birinci yarısında Azərbaycandan Vyetnama 302 min ABŞ dolları dəyərində məhsul ixrac olunub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 282 dəfə azdır. Eyni zamanda bu ilin iki rübündə Azərbaycan Vyetnamdan 63 milyon 386 min ABŞ dolları dəyərində məhsul idxal edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 8 % azalma deməkdir.
Aygün Mirakif
KONKRET.az

Sosial       Tarix: 24 iyul 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar cebheden xeberler cəbhədən son xəbərlər krminal bu gun