Bakcell innovasiyaları dəstəkləyir
Şirkətin baş sponsorluğu ilə İllik İnnovasiya Sammiti keçirilib
azxeber.com xəbər verir ki, 13 dekabr 2022-ci il tarixində Bakı Konqres Mərkəzində "PAŞA Holding"in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi və Bakcell şirkətinin baş sponsorluğu ilə 2-ci İllik İnnovasiya Sammiti baş tutub.
Tədbirin əsas məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və beləcə ölkə və regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.
Sammit zamanı aparıcı yerli və xarici şirkət nümayəndələrinin, dünyaca məşhur spikerlərin iştirakı ilə təqdimatlar, panel müzakirələri, çıxışlar, startapların təqdimatı və təlimlər baş tutub.
Tədbir çərçivəsində "Telekommunikasiya sənayesinin inkişafı üçün tərəfdaş ekosistemindən istifadə" mövzusunda keçirilən panel müzakirəsində Bakcell şirkətini marketinq rəhbəri Elçin Gülməmmədov təmsil edib. O, öz çıxışında Azərbaycanın "Speedtest Qlobal" İndeksində mobil internetin sürətinə görə regional lider olduğunu vurğulayıb: "Bakcell şirkətinin internet sürəti üzrə göstərdiyi nəticələr həmin reytinqdə ölkəmizin ümumi mövqeyinə böyük təsir göstərib. Bakcell dörd il ardıcıl olaraq Azərbaycanın ən sürətli mobil şəbəkəsi adına layiq görülüb. Bu isə ölkəmizdə telekommunikasiya sahəsinin inkişafının parlaq nümunəsidir. Bakcell insanlara ən keyfiyyətli şəbəkə ilə xidmət göstərməkdən çox məmnundur. Bütün bunlar isə sübut edir ki, ölkədə rəqəmsal xidmətlərin inkişafı üçün müvafiq infrastruktur mövcuddur".
Qeyd edək ki, Bakcell şirkəti artıq ikinci ildir ki "PAŞA Holding"in təşkilatçılığı ilə keçirilən İllik İnnovasiya Sammitin baş sponsorudur.

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu