"Bakcell" UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır - FOTOLAR
İnnovasiya və sürət lideri "Bakcell"in əsas tərəfdaşlığı ilə UNEC-də İnnovasiya Həftəsi keçirilir.
azxeber.com xəbər verir ki, tədbirin ilk günündə "Bakcell"in nümayəndələri "Telekommunikasiyada qlobal trendlər: "Bakcell"in innovativ məhsul və həlləri" və "Dəyişən dünyada böyük dəyişikliklər qarşısında aktual qalmaq" mövzularında panel müzakirələrə qatılıblar.
"Bakcell"in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə rəhbəri Aysel Süleymanova və Marketinq direktoru Elxan Sadıqzadə tələbələrə brendin rəqəmsal erada mövqeləndirilməsi, müasir çağırışlar və imkanlar, rəqəmsal imic formalaşdırılmasının incəlikləri və müştərilərin diqqətini cəlb etmək üçün strategiyalar barədə məlumat verib, həmçinin onları maraqlandıran sualları cavablandırıblar.
UNEC-də keçirilən İnnovasiya Həftəsi innovasiya sahəsində yenilikləri təşviq etmək və tələbələrin yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyır. Həftə ərzində universitetdə müxtəlif tədbirlər, o cümlədən seminarlar, təlimlər, panel müzakirələri və startap ideyalarının təqdimatları təşkil ediləcək.
Qeyd edək ki, "Bakcell" gənc nəslin inkişafına və onların yaradıcı potensialının üzə çıxarılmasına xüsusi önəm verir. Şirkət bu istiqamətdə tələbələrə dəstək olmaq, innovativ layihələri təşviq etmək və yeni təşəbbüsləri daha da genişləndirməyi planlaşdırır.



Kurslar.az kurslar [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır