"Bakcell" və "Peerstack Academy" "The Tech Builders" layihəsinə start verib

İnnovasiya lideri "Bakcell"  və "Peerstack Academy" gənclərin innovasiya və rəqəmsal bacarıqlar sahəsində inkişafını dəstəkləyən "The Tech Builders" layihəsinə start verib.
Layihə çərçivəsində "Peerstack Academy"də tələbələrlə görüş keçirilib. Tədbirdə "Bakcell"in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış edərək tərəfdaşlığın məqsədləri və gənclər üçün yaratdığı imkanlardan bəhs edib.
"Bakcell" olaraq innovasiya və rəqəmsal bacarıqlar sahəsində gənc istedadların inkişafını strateji prioritetlərimizdən biri hesab edirik. "Peerstack Academy" ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyimiz "The Tech Builders" layihəsi gənclərə real sənaye bilikləri və praktiki bacarıqlar qazandıraraq onların İT sahəsində karyera qurmasına dəstək olur. Bu təşəbbüs vasitəsilə ölkədə rəqəmsal bacarıqların və peşəkar potensialın güclənməsinə töhfə verməyi hədəfləyirik", – deyə Aysel Süleymanova bildirib.
Tələbələrlə görüşdə "Bakcell"  əməkdaşları şirkətdə tətbiq olunan innovativ məhsullar, rəqəmsal transformasiya istiqamətləri, süni intellekt həllərinin tətbiqi və qlobal trendlər haqqında təqdimatlarla çıxış ediblər. Azərbaycan Texniki Universiteti və "Peerstack Academy" tələbələrinin iştirak etdiyi tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, inkişaf imkanları müzakirə olunub.
"Bakcell"in tərəfdaşlığı ilə həyata keçirilən layihə nəticəsində "Peerstack Academy"də təhsil alan tələbələrin sayı artır. Hazırda akademiyada 100-dən çox aktiv tələbə təhsil alır və ilk il üçün 250 tələbənin təqaüd proqramına cəlb olunması planlaşdırılır. Təlim müddətində iştirakçılar "Ruby", "javascript", "React", "PostgreSQL" və "REST API" kimi müasir texnologiyalar üzrə praktiki bacarıqlar qazanır, real layihələr üzərində işləyərək portfoliolarını formalaşdırırlar.
"Peerstack Academy"nin tələbəsi olmaq istəyənlər linkədaxil olaraq qeydiyyatdan keçə bilərlər.
"Bakcell"  haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan "Bakcell"  süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
/ azxeber.com

İqtisadiyyat       Tarix: 20 fevral 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

"Kontakt"dan ad günü sürprizi: kontakt.az-da yenilik var

Azərbaycanda elektron ticarətin inkişafında ön sıralarda gedən "Kontakt"ad günü ərəfəsində onlayn alış-veriş platforması olan saytınıyeniləyib. İndi məhsulu tapmaq, seçmək və sifariş vermək daha asandır. Bu, -ı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler bugunun xeberleri krimnal bugun son xeberler 2026 ən son xəbərlər