"Bakcell"in dəstəyilə şəhid övladları üçün xeyriyyə sərgisi təşkil olundu
Bakcell şirkətinin dəstəyilə "Vətən sevgisinə rəng qat!" adlı rəsm müsabiqəsi başa çatıb.
Bakı və Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan 7-17 yaşlı uşaqlar öz rəsm əsərlərini müsabiqəyə təqdim ediblər. Ən yaxşı rəsmlərin satışından əldə olunan vəsaitə İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları üçün hədiyyələr alınıb.
Təşkilatçılar və müsabiqə iştirakçıları vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin övladlarına baş çəkib, onlara öz qayğı və diqqətlərini ifadə ediblər. Layihə ümumilikdə 100 şəhid övladını əhatə edib.
Müsabiqədə iştirak edən uşaqlara sertifikatlar təqdim olunub.
Şirkətdən bildirilib ki, Bakcell xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafını, təhsilini və cəmiyyətə inteqrasiyasını diqqət mərkəzində saxlayır. Şirkətin həyata keçirdiyi "Bakcell Stars" adlı Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində hər il yüzlərlə uşağın təhsilinə və sosial rifahının yaxşılaşdırılmasına töhfə verilir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"