Bakı Abadlıq Xidməti binaların yuyulması məsələsinə aydınlıq gətirdi

Bakı Abadlıq Xidməti binaların yuyulması məsələsinə aydınlıq gətirdiSon günlər Bakıda bir sıra binaların fasad hissəsinin yuyulması zamanı hansı növ sudan istifadə edilməsi ilə bağlı ictimaiyyət arasında müzakirələr aparılır. Sosial şəbəkələrdə qeyd olunur ki, içməli su qıtlığı barədə danışılarkən binaların yuyulmasında belə suyun istifadəsi yolverilməzdir.
Məsələ ilə bağlı Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində şəhər ərazisində binaların abadlaşdırılma məqsədi ilə yuyulması yüksək keyfiyyətli aparat vasitəsi ilə həyata keçirilir və bu aparatın su sərfiyyatı çox aşağıdır:
"Binaların yuyulma prosesi Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda mövcud olan cihaz vasitəsilə həyata keçirilir. Cihaz su və həssas təmizlik üçün nəzərdə tutulan xüsusi maddələrin qarışığını 250-500 bar təzyiqi altında tətbiq edərək təmizləmə xüsusiyyətinə malikdir. Avadanlığın iş prinsipini açıqlamaqda məqsəd onun, zədələnmələri minimuma endirəcəyini, fasadların bərpasında tarixi görünüşü maksimum saxlaya biləcəyini, eyni zamanda abadlaşmada ekoloji təmizliyə üstünlük verildiyini göstərməkdir".
Qurumdan onu da qeyd ediblər ki, binaların, memarlıq abidələrinin yuyulma prosesi həm distillə edilmiş, həm də texniki su ilə həyata keçirilir:
"Əgər binanın yaxınlığında su mənbəyi varsa şirin sudan istifadə olunur. Aparat çox bahalı olduğu üçün yalnız texniki sudan istifadə edilə bilməz, filtrləri tutular. Hazırda Heydər Əliyev prospektində işlər gedir və yaxınlıqda şirin su mənbəyi olmadığına görə texniki sudan istifadə olunur".
"İstifadə olunan cihaz son model avadanlıq olduğuna görə su sərfiyyatı iki saata cəmi bir tondur. Suyu toz şəklində vurur. Brandspoyt aparatları belə çalışır, şlanqla vurulan sudan xeyli az su istifadə olunur. Başqa metoddan istifadə olunsa qat-qat çox su sərf olunacaq", - deyə Bakı Abadlıq Xidmətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.
Bildirilib ki, binaların yuyulması, memarlıq abidələrinin təmir-bərpa prosesi cavabdeh qurumların birbaşa nəzarəti altında həyata keçirilir, mütəxəssis rəyi ciddi nəzərə alınır:
"Hər bina özəl və həssas yanaşma tələb etdiyi üçün nümayişdən sonra peşəkarlarla bu yöndə işgüzar müzakirələr aparılır. Bu üsulun şəhərin mərkəzində olan bənzər problemlərin həllində mütəxəssislərə yardımçı olacağı gözlənilir və ölkədə belə avadanlıqların sayının artırılması nəzərdə tutulur". / azxeber.com

Sosial       Tarix: 25 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN


son xeberler azerbaycan xeberleri yeni xeberler son xabar cebheden xeberler cəbhədən son xəbərlər krminal bu gun