Bakı "ayın şəhəri" seçildi
Bakı "ayın şəhəri" seçildi
Almaniyanın aparıcı və Avropanın ikinci böyük aviaşirkəti olan "Lufthansa" Bakını ayın şəhəri elan edib.
Dövlət Turizm Agentliyindən Oxu.Az-a verilən məlumata görə, aviaşirkət Azərbaycanı "Odlar yurdu", Bakının gecə mənzərəsini isə hər zaman hərəkətdə olan, alovlanan şəhərə bənzədib.
Bakını Cənubi Qafqazın ən böyük şəhəri, Xəzər dənizinin qiymətli incisi adlandıran aviaşirkət dənizkənarı bulvar ərazisinə də xüsusi toxunaraq bu ərazinin insanları bir- birinə yaxınlaşdıran və mehribanlaşdıran məkan adlandırıb.
Həmçinin, aviaşirkət öz səhifəsində İçərişəhəri bir labirintə bənzədib. Yeni və köhnə memarlıq abidələrinin Bakıya xüsusi bir gözəllik verdiyini, Şərqlə Qərbin sintezini yaratdığını deyib. Heydər Əliyev Mərkəzini isə Azərbaycan cəmiyyətinin müasirləşməsinin simvolu kimi dəyərləndirib.
Avropa ilə Asiya arasında yerləşən Bakını məşhurlaşan meqapolis adlandıran "Lufthansa" öz müştərilərini Azərbaycana gəlməyə dəvət edib.
Qeyd edək ki, Avropanın ikinci böyük aviaşirkəti olan "Lufthansa" hər ay öz füsunkarlığı ilə seçilən bir şəhəri ayın şəhəri elan edir. Bu yolla həmin şəhərlərin turizm potensialını nümayiş etdirmək üçün geniş imkanlar yaradılır.
Sevinc Yasinqızı /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Qızılın qiyməti kəskin ucuzlaşdı