Bakı hava limanı bir sıra infrastruktur layihələri həyata keçirir
Bakı hava limanı bir sıra infrastruktur layihələri həyata keçirir
"Bakı hava limanı bir sıra infrastruktur layihələri həyata keçirir".
Bunu "Trend"ə müsahibəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov deyib.
Hava limanında həyata keçirilən və perspektivdə olan infrastruktur layihələrindən danışan direktor nəqliyyat vasitələrinin giriş-çıxışı və parklanma xidmətləri üçün proqram və texniki təminatın modernləşdirilməsinə diqqət çəkib.
Qeyd olunub ki, artıq ziyarətçilər parklanma haqqını həm ödəniş terminallarında nağd və nağdsız şəkildə, həm də onlayn ödəyə bilirlər. Giriş-çıxışda tətbiq olunan yeni sistem nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanının avtomatik tanınması texnologiyasına əsaslanır ki, bu isə öz növbəsində, vaxt itkisinin qarşısını alır.
Teymur Həsənov, həmçinin, Bakı hava limanında innovativ layihə olan "e-Gate" - minikdən əvvəl təhlükəsizlik baxışı prosesinin avtomatlaşdırılması sisteminin tətbiq mərhələsində olduğunu vurğulayıb. Bu sistem sayəsində sərnişinlər özləri uçuş öncəsi yoxlama zonasına, sadəcə, minik talonlarını toxundurmaqla daxil ola biləcəklər.
"Hava limanının müxtəlif zonalarında sərnişin axınının monitorinqi və optimallaşdırılması sistemi layihəsi - "Passenger Flow Management System" tədqiqat mərhələsindədir. Perspektivdə Heydər Əliyev Beynəlxalq Aeroportunun daxili infrastrukturunun yenilənməsi, gözləmə zallarının, restoran və mağazaların modernləşdirilməsi kimi hədəflər də var", - deyə Bakı hava limanının direktoru əlavə edib. / oxu.az

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib
Paşinyan: TRIPP layihəsinin icrasına bu tarixdə başlanılacaq
Harri Keyn əməliyyat olundu - Foto