Bakı iki tarixi düşməni regionda "blokladı": Türk ölkələrini sevindirən xəbər

Bakı iki tarixi düşməni regionda Son illərdə Azərbaycanın ABŞ və Çin kimi qlobal supergüclərlə siyasi, iqtisadi və nəqliyyat əməkdaşlığını gücləndirməsi regionda güc balansını nəzərəçarpacaq dərəcədə dəyişməyə başlayıb. Bu dinamika Cənubi Qafqaz və Mərkəzi Asiyada əsrlər boyu dominant rol oynamış Rusiya və İranın təsir imkanlarının zəifləməsi ilə müşayiət olunur.
Bakı yeni kommunikasiya dəhlizlərində əsas tranzit ölkəyə çevrilir, enerji və logistika mərkəzi kimi mövqeyini möhkəmləndirir. Bu isə həm Mərkəzi Asiya respublikalarının Moskvanın təsir dairəsindən qismən uzaqlaşmasına, həm də regionda yeni geosiyasi reallığın formalaşmasına təkan verir.
Azərbaycanın çoxvektorlu xarici siyasəti və supergüclərlə yaxınlaşması Rusiya və İranın bölgədəki mövqeyini geri dönüşsüz şəkildə zəiflədə bilərmi? Kreml artan itkilər fonunda sakit qalacaqmı?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, Azərbaycanın ABŞ və Çin ilə paralel şəkildə inkişaf etdirdiyi əməkdaşlıq xətti ölkəmizin beynəlxalq sistemdə mövqeyini gücləndirməklə yanaşı, Cənubi Qafqazda uzun müddət mövcud olmuş geosiyasi balansı da dəyişir:
"Belə ki, Azərbaycan bu əlaqələri milli maraqlar çərçivəsində optimal və balanslaşdırılmış xarici siyasət strategiyası əsasında quraraq həm siyasi suverenliyini möhkəmləndirir, həm də yeni strateji imkanlar əldə edir. ABŞ ilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sülh gündəmi üzrə aparılan yüksək səviyyəli dialoq Azərbaycanın regionlararası əhəmiyyətini artırır. Bununla yanaşı, Çinin "Bir kəmər, bir yol" təşəbbüsündə ölkəmizin əsas tranzit qovşaqlarından biri kimi ön plana çıxması Azərbaycanı qlobal logistika şəbəkəsinin mərkəzi həlqəsinə çevirir. Həmçinin bu əməkdaşlıq xəttinin genişlənməsi ölkəmizin siyasi, iqtisadi və nəqliyyat sahələrində rolunu daha da gücləndirir. Beləliklə formalaşan yeni geosiyasi dinamika bölgədə ənənəvi təsir imkanlarına malik olan Rusiya və İranın mövqelərinə də təsirsiz ötüşmür.
İran və Rusiya regiona təsir imkanlarını qorumağa çalışsalar da, 2020-ci ildən sonra Cənubi Qafqazda yaranan yeni reallıqlar, Ermənistanın Moskva yönümlü siyasətdən uzaqlaşması və Mərkəzi Asiya dövlətlərinin Azərbaycan–Türkiyə xətti ilə daha sıx əməkdaşlığı regionda rus təsirinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub".
Politoloq bildirib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı "sərt" bəyanatları rəsmi Tehranın dəyişən geosiyasi nizamdan narahatlığını ifadə edir:
"Bununla belə mövcud şərait hər iki aktorun proseslərin gedişatını köklü şəkildə dəyişdirə biləcək resurs və imkanlara malik olmadığını göstərir. Azərbaycan isə belə mürəkkəb geosiyasi şəraitdə heç bir blokda təmsil olunmadan bütün tərəfdaşlarla bərabərhüquqlu və praqmatik əməkdaşlıq modelini davam etdirir. Enerji, nəqliyyat, təhlükəsizlik və diplomatiya sahələrində həyata keçirilən balanslı siyasət ölkəmizi regionun aparıcı siyasi, iqtisadi və logistik aktorlarından birinə çevirir.
Nəticə etibarilə, Cənubi Qafqazda formalaşan yeni geosiyasi nizam Azərbaycanın çevik diplomatiyasının, iqtisadi potensialının və çoxvektorlu siyasətinin məntiqi nəticəsidir. Onu da qeyd etmək lazımdır ki, ABŞ və Çinlə əməkdaşlığın dərinləşməsi Rusiya və İranın təsirini nisbi şəkildə zəiflətsə də, Azərbaycanın əsas hədəfi rəqabət mühiti yaratmaq deyil. Azərbaycan milli maraqlara uyğun olaraq təhlükəsiz, sabit və inteqrasiya olunmuş regional sistemin formalaşmasına töhfə verməyi hədəfləyir. Məhz bu strateji xətt ölkəmizi qlobal siyasi və iqtisadi sistemin mühüm mərkəzlərindən birinə çevirməyə davam edir".

Siyasi       Tarix: 21 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib

Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi perspektivləri və ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Özbəkistandakı səfirliyinin "X" sosia

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal bugun en sonxeber kriminal son xeber.az