Bakı ilə İrəvan arasında bu səyləri dəstəkləyirik - AB
Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Azərbaycan və Ermənistandan olan mütəxəssislərin Cənubi Qafqazda sülh və firavan gələcəyə doğru davam edən səylərini alqışlayıb.
KONKRET.az Report-a istinadən xəbər verir ki, o, Ermənistan-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı müzakirələrin çoxsaylı çağırışlar və yüksək emosiyalarla müşayiət olunduğunu etiraf edib. Toivo Klaar tərəfələrin dialoq qurmaq, etimad yaratmaq səylərini davam etdirmək əzmini alqışlayıb.
AB-nin xüsusi nümayəndəsi qeyd edib ki, erməni və azərbaycanlı mütəxəssislərin Cənubi Qafqazda sülh və firavan gələcəyə doğru davam edən səylərini təqdir edir.
Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bununla AB-nin davamlı sülhə sadiqliyini bir daha təsdiqləyib.
Qeyd edək ki, iyunun 29-30-da Gürcüstanın Kaxreti şəhərində Avropa Birliyinin (AB) dəstəyi ilə keçirilən "dəyirmi masa"da erməni və azərbaycanlı mütəxəssis bir araya gəlib. Onlar AB, Birləşmiş Millətlər Təşkilatı və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatından olan həmkarları ilə birlikdə dinc Cənubi Qafqazın gələcəyi üçün mümkün ssenariləri müzakirə ediblər.
Müzakirələr iqtisadiyyat və kommunikasiyalar, təhlükəsizlik, idarəetmə və mədəniyyət siyasəti sahələrində ssenariləri əhatə edib və uzun müddətli bir çox problemin həlli perspektivlərini yaxşılaşdırmaq üçün milli hökumətlər, vətəndaş cəmiyyəti və xarici aktorlar tərəfindən atılacaq mümkün addımlar qiymətləndirilib.

Pensiya ilə bağlı vətəndaşları maraqlandıran məsələyə CAVAB
13 həftə, 13 avtomobil lotereyasında iyun ayının qalibləri bəllidir
Ankarada tarixi NATO sammiti: Türkiyənin rolu daha da artır
Gədəbəydə evdən 61 yaşlı qadının meyiti tapıldı
Ağdamda açıq ərazidə yanğın başladı
Vüqar Mustafayevlə Selçuk Bayraktar görüşüblər - FOTO
"Bank Respublika" "Finnfund"dan 15 milyon avro cəlb edib
Bakı neftinin qiyməti 82 dolları ötdü
Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı - FOTOLAR
Müharibə yenidən alovlandı: İranda 80 hədəf VURULDU
"Qarabağ" Avropa Liqasında mübarizəyə başlayır
İspaniya Belçikaya qarşı
Rusiyadakı azərbaycanlılara BƏD xəbər - Bundan sonra
Artıq əlilliyi olmayanlar da sığorta ödənişi ala biləcək: Daha nələr dəyişir?
İsmayıllıda avtomobil ayını vuraraq öldürüb