Bakı İrəvanla nədə razılaşa bilmir? - "Üzr istəməlidirlər! Bunu unutmalıyıq?!"

Bakı İrəvanla nədə razılaşa bilmir? - "Nikol Paşinyanın söylədiyi 3 razılaşdırılmış prinsipdən fərqli olaraq, hazırda Ermənistan və Azərbaycan arasında hələ də bir çox həll olunmamış məsələlər qalır".
KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Xatırladaq ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bəyan edib ki, Azərbaycan kommunikasiyaların bərpa edilməsini, sərhədlərin təyin olunması və tərəflərin bir-birinin ərazi bütövlüyünün tanınması ilə bağlı olan öhdəliklərə dair razılığa gəlib. Oxşar bəyanatla Azərbaycan XİN çıxış edib.
T. Zülfüqarov isə qeyd edib ki, Ermənistan və onun havadarları Azərbaycana qarşı yalan və böhtan kampaniyası dayandırılmalıdır:
"İlk növbədə, təzminat mövzusu öz həllini tapmalıdır. Təbii ki, kommunikasiyaları açılması və Zəngəzur dəhlizi bu sıraya daxildir. Çünki Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasına gediş-gəlişlər xüsusi şərtlərlə nizamlanmalıdır".
Müsahibimiz əmindir ki, bu məsələlər həllini tapmayana qədər Azərbaycan tərəfi qismən olsa belə, hansısa formal məsələlərin sülh sazişində əks olunmasına razılıq verəcək:
"Əslinə qalsa, ərazi bütövlüyü və s. mövzular bu və ya digər şəkildə öz həllini tapıb. Bu baxımdan, Azərbaycan digər mövzuların da orada əks olunmasını istəyəcək.
Ermənistan daha çox maraqlıdır ki, sülh sazişinə nail olsun. Hazırkı mərhələdə İrəvan zəif nöqtələrini yaxşı başa düşür və istəyir ki, bunlardan sığortalansın.
O, Azərbaycana qarşı siyasətini davam etdirmək niyyəti güdür. Bəs onda Azərbaycan niyə öz xeyrinə olan kartları indi əlindən versin ki, sabah problemlərlə üzləşsin?!
Qısası, bu, uzunmüddətli bir mövzudur. Doğrusu, inanmıram ki, bu ilin axırına qədər sülh sazişi imzalansın".
Həmsöhbətimiz qeyd edib ki, təzminat, hərbi cinayətlərdə ittiham olunanların məsuliyyətə cəlb olunması və s. də ciddi məsələlərdir:
"Siyasi məsuliyyətə gəldikdə bu da çox vacib mövzudur. Çünki Ermənistanın siyasi elitası siyasi məsuliyyətini dərk edib rəsmi olaraq Azərbaycandan üzr istəməlidir. Niyə onlara güzəştə getməliyik ki?! Bu qədər insan itirmişik, xalqımıza qarşı saysız cinayətlər törədilib, torpaqlarımız işğal olunub. Bunlar unudulmayıb! Kimlərinsə istəyi ilə bunu yaddan çıxarmalıyıq? Bu, qeyri-mümkündür!"

Siyasi       Tarix: 31 oktyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. xəbər verir ki, Cəbrayıl, Qubadlı v

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam.az xeberler qurban bayrami 2026 meherremlik 2026 ən son xəbərlər