Bakı Kremlin gözünü açdı: Moskvadan Paşinyana tərs şillə!

Bakı Kremlin gözünü açdı: Moskvadan Paşinyana tərs şillə!Bakı Kremlin gözünü açdı: Moskvadan Paşinyana tərs şillə!
İrəvanda hakim dairələrin həyata keçirdiyi ikiüzlü siyasət və saxta təbliğat artıq Kreml tərəfindən də ifşa olunmağa başlayıb.
Belə ki, son olaraq erməni təbliğat maşını Zəngəzurda baş verən hadisələrlə bağlı İrəvanın təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığından istifadə etməyə cəhd göstərib.
Lakin, bu dəfə Kremlin vaxtında reaksiya göstərməsi ilə Ermənistan hökumətinin növbəti yalanları ifşa olunub.
Ermənistan Nazirlər Kabinetinin mətbuat xidmətinin "kömək müraciəti" yalanını şəxsən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təkzib edib. Bununla Kreml Ermənistana və şəxsən baş nazir Nikol Paşinyana tarixi bir dərs verərək, Moskvanın erməni yalanlarından təngə gəldiyini göstərib.
Digər yalanın üstünü isə erməni mətbuatı açıb. Belə ki, "Sputnik Ermənistan" nəşri sözügedən telefon danışığı ilə bağlı Kreml və İrəvanın yaydığı məlumatlar arasında fərqləri diqqətə çatdırıb.
Ermənistanın Nazirlər Kabineti Zəngəzurda baş verənlərlə bağlı "Azərbaycan tərəfinin əvvəlki mövqelərinə qayıtması" məsələsində Moskvanın İrəvanla həmfikir olduğunu iddia etsə də, Kremlin müvafiq açıqlamasında ümumiyyətlə bu istiqamətdə bir cümlə belə yer almayıb.
Hər iki fakt Ermənistan hökumətinin məkrli və riyakar siyasətinin əsl mahiyyətini növbəti dəfə ifşa edib.
Görünür, hələ müharibə dövründə "taktiki olaraq geri çəkilmə" yalanının banisi olan Ermənistan bundan dərs çıxara bilməyib. Çünki tarix bu cür yalanları bağışlamır və Azərbaycan Ordusunun şanlı qələbəsinin təsdiq olunduğu həmin gün gəlib çatdıqda, Ermənistan ordusunun taktiki olaraq deyil, aciz şəkildə düz İrəvana kimi qaçdığı da üzə çıxdı.
Həmin vaxt İrəvanda baş verənləri isə yəqin ermənilər özləri də yaxşı xatırlayırlar.
Rəsmi Bakının qətiyyətli mövqeyi və Azərbaycanda aparılan düzgün siyasət bu gün İrəvanı o qədər çarəsiz və acınacaqlı vəziyyətə salıb ki, hətta Moskvada axtardığını tapa bilməyən ermənilər Rusiya prezidenti ilə telefon danışığının məzmununu təhrif etməkdən də mədət umur.
Azərbaycanın regionda yaratdığı yeni reallıq isə Müzəffər Ordumuzun döyüş meydanında qazandığı qələbə kimi o qədər parlaqdır ki, Kreml də bundan öz payına düşəni alır, artıq erməni yalanlarına nəinki göz yumulmur, hətta birbaşa olaraq ifşa olunur.
Ermənistan hökuməti isə "taktiki olaraq geri çəkildiyi" zaman olduğu kimi indi də sadəcə öz xalqını aldadır. Artıq Moskva da erməni yalanlarına "inanmır"...
Orxan Tağıyev /oxu.az

Siyasi       Tarix: 15 may 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti, rahibə Raffaella Petrini ilə görüşüb. xəbər verir ki, görüşdə Heydər Əliyev Fondunun Vatikand


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari valyuta mezennesi metbuat xeberleri az xeber