Bakı küçələrinin sönən işığını kim yandırmalıdır? - ARAŞDIRMA

Bakı küçələrinin sönən işığını kim yandırmalıdır? - ARAŞDIRMABakı küçələrinin sönən işığını kim yandırmalıdır? - ARAŞDIRMA
Son zamanlar Bakı küçələrinin işıqlandırılması məsələsi gündəmdədir. İşıqlandırmanın olmaması qəzaların da sayını artırır. Redaksiyamıza göndərilən şikayətlərdən də məlum olur ki, Bakı küçələrinin əksəriyyətində işıqlandırma sistemi mövcud deyil.
Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə paytaxt küçələrinin zəif işıqlandırılması ilə bağlı fikirlər söyləyib.
Dövlət başçısı bu sahəyə ciddi diqqət göstərilməsinin vacibliyini qeyd edib:
"Bakıda küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi, təbii ki, işıqlandırılır, ancaq bəzi yerlərdə küçə işıqlandırılması yoxdur. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov açıqlamasında bildirib ki, ən çox piyada vurulmaları yeraltı və yerüstü keçidlər olan ərazilərdə qeydə alınır:
"Paytaxtın inzibati ərazisinə düşən şəhərkənarı yerlərdə işıqlandırma olmayan ərazilərdə bu cür hadisələr baş verir. Günün qaranlıq saatlarında daha diqqətli olmalı, yaşayış məntəqələri olan yerlərdə sürət həddini maksimum aşağı salmalıdırlar.
Piyada vurulması ilə nəticələnən qəzaların böyük əksəriyyəti piyadaların yolu onlar üçün təyin olunmayan hissələrdən keçməsi nəticəsində baş verir".
Bəs məsələ barədə qurumlar nə deyir?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, təmsil etdiyi agentlik birbaşa olaraq küçə və prospektlərin işıqlandırılmasına cavabdeh olan qurum deyil:
"Bu məsələ ilə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsi məşğul olur. Amma hər hansı ərazidə bizim qurum tərəfindən bərpa, yenidənqurma, tikinti işləri həyata keçirilən zaman orada işıqlandırma sistemi yoxdursa, biz çalışırıq ki, həmin ərazidə işıqlandırma sistemini layihəyə salaq və quraşdırılsın.
Biz işıqlandırma dirəklərini quraşdırdıqdan sonra aiddiyyəti üzrə quruma təhvil veririk. Amma yenə də orada işıqlandırma olmursa, bu, bizim səlahiyyətimizdə deyil". 
A.Nəcəfli bildirib ki, paytaxt küçələrinin işıqlandırma ilə təmin edilməsi üçün qurumlar iş görməlidir:
"Bu, o demək deyil ki, adiyyəti qurumlar gözləməlidir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi nə vaxt, hər hansı bir küçədə yenidənqurma işləri həyata keçirəcək və orada işıqlandırma sistemi yoxdursa, qurulacaq.
Onların birbaşa olaraq vəzifəsi odur ki, hər hansı bir küçədə, prospektdə işıqlandırma sistemi yoxdursa, bu sistem orada qurulmalıdır. Təsəvvür edin ki, bir küçədə 10 ildən sonra təmir nəzərdə tutulub. 10 il ərzində orada işıqlandırma sistemi quraşdırılmamalıdır?"
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin sözlərinə görə, bu gün ASC Azərbaycanda əhali və qeyri-əhali qrupuna daxil olan istehlakçılara uğurla xidmət göstərir:
"Hazırda ölkə üzrə 2,6 milyondan çox abunəçimiz var ki, onlar fasiləsiz elektrik enerjisi ilə təmin olunublar. Son açıqlanan rəqəmlər də bir daha əminliklə onu deməyə əsas verir ki, hazırda Azərbaycanda istehlakçşıların tam 100 faizi yüksək keyfiyyətli elektrik enerjisi ilə təmin edilir.
"Azərişıq" ASC-nin çoxsaylı qeyri-əhali qrupu istehlakçılarından biri də Bakı Şəhər İcra Hakimiyyətinin "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsidir. Nazirlər Kabinetinin qərarları və digər qanunvericilik aktlarına uyğun olaraq biz adıçəkilən qurumun fasiləsiz elektrik enerjisi ilə təchizatına cavabdehik.
Amma onların səlahiyyətinə aid olan Bakı şəhərinin küçələrin işıqlandırılması ilə bağlı məsələlərlə biz məşğul olmuruq. Bu səbəbdən də paytaxt küçələrinin işıqlandırılması ilə bağlı yaranan məsələlərə görə "Azərişıq" ASC məsuliyyət daşımır".
Nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, Bakı küçələri işıqlandırılmır və xüsusən eyni səviyyəli piyada zolaqlarında bunun olmaması gecə vaxtı piyadaların vurulmasına səbəb olur:
"Həmçinin, yollar elə qurulub ki, sürücünü sürətli sürməyə stimullaşdırır. Yəni işıqlandırma ilə yanaşı, küçələrdə təhlükəsizlik adacıqları qurulmalı və piyada zolaqları piyada səkiləri  səviyyəsinə qaldırılmaqla və işıqlandırmaqla qəzaların qarşısını almaq olar. 
Bu məsələyə daha geniş baxmaq gərəkdir və küçə yol şəbəkəsi yenidən ciddi təftiş olunmalıdır. Qeyd olunan məsələyə səkilərin vəziyyətinin bərbad olması piyadaların yolun hərəkət hissəsinə çıxmasına və qəza riskinin yaranmasına gətirib çıxarır.
Bəzi nişanların aşağı hündürlükdə qoyulması sürücülərin geri dönmə zamanı qarşı tərəfdən gələn nəqliyyat vastəsitəsini görməməsinə səbəb olur".
Bakı Şəhər İcra Hakimiyyətinin "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsi ilə dəfələrlə əlaqə saxlasaq da, sualımıza cavab verən tapılmadı.
İlhamə Əbülfət /oxu.az

Sosial       Tarix: 21 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Köhnə su sayğacları tarixə qovuşur: Milyonlarla abonenti gözləyən yenilik

Azərbaycanda su infrastrukturunun müasirləşdirilməsi və rəqəmsal idarəetməyə keçid istiqamətində mühüm mərhələ başlayır. Su itkilərinin minimuma endirilməsi, qəzalara operativ müdaxilənin təmin edilməsi və istehlakın dah

Azərbaycanda pensiya sistemi dəyişir? - Qadınlarla bağlı iddialara aydınlıq gəldi

Azərbaycanda pensiya sistemində mümkün dəyişikliklərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə, pensiya artımlarının yalnız maddi ehtiyacı olan qadınlara şamil edilməsi ilə bağlı səslənən fikirlər cəmiyyətdə müxtəli

Xanım deputata ağır itki

Deputat Səbinə Salmanovaya ağır itki üz verib. -un "Unikal"a istinadən məlumatına görə, mərhumun atası Qədir Salmanov dünyasını dəyişib. Mərhum sabah Sumqayıt şəhər qəbiristanlığında torpağa tapşırılacaq. 3 mərasim

Autizmli uşaqlara qarşı davranış qaydaları: Hər kəs bunları bilməlidir

Xəbər verdiyimiz kimi, dünən Bakıda liftə minmək istəyən autizm sindiromlu azyaşlıya qarşı zorakılıq edilib. Qısa zamanda sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan hadisə cəmiyyətdə autizmli şəxslərə münasibət və ictima

Bakıda işləyən bu şəxslərin maaşı ARTIRILDI

Bakıda çalışanların orta aylıq əməkhaqqı açıqlanıb. xəbər verir ki, 2026-cı ilin yanvar-aprel aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2025-ci ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artıb. Bununla da, paytaxtd

Başqasının yerinə imtahana girmək istədi - Nəticələri ləğv olundu

Bu gün ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə İdman istiqamətinə aid qabiliyyət imtahanında bir nəfər başqasının yerinə imtahana daxil olmağa cəhd edib. . xəbər verir ki,  bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məluma

Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı

Jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsindən azad olunub. xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkə hesabında paylaşım edib. 

Bakıdan Avropanın bu şəhərinə birbaşa uçuşlar başlayır - Cəmi 43 dollara

"Wizz Air" Bakıdan Slovakiyanın paytaxtı Bratislavaya birbaşa uçuşlara başlayır. -un Operativ Media-ya istinadən məlumatına görə, yeni istiqamət üzrə birbaşa reyslər cari ilin oktyabr ayından etibarən həyata keçirilməy

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşıb

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti dünya bazarında 1 dollardan çox artıb. KONKRET.azxəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti əvvəlki ticarət sessiyası ilə müqayisəd


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər bugün 2026 sonxəbər cəbhədən görüntüleri xeberler bugun 2026