Bakı Limanında ümumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olub

Bakı Limanında ümumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olubBu ilin ilk 8 ayı ərzində mumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.5% çoxdur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Bakı Limanın Baş direktoru Taleh Ziyadov "Blue Dot Network"un təşəbbüsü və Xəzər regionunda əməkdaşlıq perspektivlərinə həsr olunan vebinarda bildirib.
O, öz çıxışında Avropa və Asiya arasında ən təhlükəsiz və eyni zamanda da qısa yol olan Orta Dəhlizin (Middle Corridor) vacibliyini çatdırıb:
"Mövcud pandemiya zamanı dünya logistika xəritəsində məhz bu dəhlizin qlobal səviyyədə əhəmiyyəti artıb. Bir çox digər dəhlizlərində müxtəlif məhdudiyyətlər tətbiq olunsa da, yüklərin daşınması zamanı məhz Orta Dəhlizin Avropa ilə Çin arasında ən etibarlı yoldur. Bunun bariz nümunəsi olaraq bu ilin ilk 8 ayı ərzində statistik göstərcilərdəki artımı göstərmək olar. Belə ki, ümumi yükaşırmanın həcmi 3.2 milyon tondan çox olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 18.5% çoxdur."
Tədbir iştirakçılarına COVID-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində limanda görülən işlər barədə də ətraflı məlumat verən Taleh Ziyadov bildirib ki, liman sərt karantin rejimində belə məhdudiyyətsiz və tam gücü ilə fəaliyyətini davam etdirir. Əməkdaşların və liman istifadəçilərinin sağlamlığının ən vacib amillərdən biri olduğunu vurğulayan Baş direktor Bakı Limanına gələn TIR sürücülərinin, həm "Qırmızı Körpü" sərhəd buraxılış məntəqəsində, həm də Ələt qəsəbəsində yerləşən Bakı Limanında test olunduğunu qeyd edib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 24 sentyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Uşaqlar üçün "Kreativ sahibkar" proqramı başlayır

"Leonardo Art School" və "MiniBoss Business School" 8-13 yaş arasıuşaqlar "Kreativ sahibkar — yaradıcılıqdan biznesə" birgə təhsil proqramınınbaşladığını elan etdilər. Kreativ sahibkar — uşaqları

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou valyuta son.xeber sonxeberler