Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdi

Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiPandemiyadan əvvəlki dövrə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejiminin davam etdiyi dövrdə Bakı metropolitenində qatarların Qırmızı və Yaşıl xətlər üzrə (mǝkik hərəkət təşkil edilən "Cəfər Cabbarlı-Xətai" mənzili istisna olmaqla) hərəkət qrafikində növbəti optimallaşdırma aparılıb.
Bu barədə azxeber.com-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Məlumata görə, bu məqsədlə 2022-ci il sentyabr ayının 14-dən tətbiq edilmiş sıx qrafik dövründəki monitorinqlərin nəticəsi xüsusi araşdırılaraq təhlil olunub. Qeyd edək ki, monitorinqlər tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması və digər sərnişindaşıma parametrləri üzrə aparılıb. Bunun nəticəsi olaraq, metropolitendə sərnişin sıxlığı, hərəkət istiqamətləri, gediş-gəliş vaxtı nəzərə alınıb.
Nəticə etibarilə, Bakı metropolitenində sərnişin axını, cüzi istisnalar qalmaqla, pandemiyadan əvvəlki sonuncu ən çox sərnişin daşınmış 2019-cu ilin templərinə yaxınlaşmaqdadır. 2022-ci ilin payızından başlayaraq müxtəlif müəssisələrin, ələlxüsus təhsil ocaqlarının fəaliyyətində ənənəvi sabit tədris rejimi tətbiq edilir. Bu isə metropolitendǝ pandemiya dövründə tez-tez dəyişən sərnişin axını templərinin sabitləşməsinə təsir edib. 2023-cü ilin noyabr ayından başlayaraq fevral-mart aylarında sərnişin sayı və axının dövrü müntəzəmliyi günün saatlarına görə tam olaraq sabitləşib. Bu səbəbdən səhər və axşam gur saatlar da daxil olmaqla, qrafikə müvafiq düzəlişlərin edilməsi qərara alınıb.
Bunun nəticəsində əvvəllər sərnişin sıxlığının tənzimlənməsi məqsədilə ehtiyat qismində "Nərimanov-Memar Əcəmi-Neftçilər-Memar Əcəmi" marşrutu üzrə xəttə buraxılan qatarlar artıq qrafik üzrə təyin olunmuş vaxtda müntəzəm marşrutla hərəkət edir. İş günləri ərzində gur saatlar səhər saat 07:00-10:00, axşam isə saat 17:00-20:00 müəyyən olunmaqla, iş günlərində qatarların "Həzi Aslanov-28 May" sahəsində intervalı, müntəzəm qaydada olmaqla, 2 dəqiqə müəyyənləşdirilib. Bu, Bakı metropoliteni xətlərinin texniki minimal intervallardır. Xüsusiyyətlərinə görə mümkün ən optimal hərəkət qrafiki və müntəzəm tətbiq oluna biləcək.
Qeyd edək ki, iş günlərində qalan vaxt ərzində sərnişin axını templərinə uyğun olaraq, qeyd edilən sahədə qatarların hərəkəti, əsasən, 2,5 dəqiqə, səhər erkən və gecə saatlarına doğru böyük intervallarla tənzimlənəcək. Xüsusi olaraq diqqətə çatdırılır ki, iki xətt "28 May" stansiyasında birləşdiyindən buradan "İçərişəhər" və "Dərnəgül" istiqamətində qatarların hərəkət intervalı 2 dəfə çox olacaq.
Bununla belə, gün ərzində qrafikin dəqiq icrasını təmin etmək və xüsusi hallarda xəttə buraxılmaq üçün əlavə ehtiyat qatarların nəzərdə tutulması da diqqətdə saxlanılır.
Qrafikdə edilmiş dəyişikliklərlə əlaqədar "Bakmil" stansiyası istiqamətində iş günlərinin hərəkət cədvəli də dəyişdirilib və Bakı metropoliteninin rəsmi internet saytına yerləşdirilib (.
"Bakı Metropoliteni" QSC sərnişinlərinə müraciət edərək, istifadə qaydalarına riayət etməyi, xüsusən platformalarda qatarları gözləyərkən ehtiyatlı və diqqətli olmağı, qatarlardan minib-düşənlərə yol verməyi, vaqona minərkən qapı zonasında yubanmamağı və dayanmamağı xahiş edir. Çünki qatarların stansiyada yubanması intervalların pozulmasının səbəb olur. İntervalların norma həddini aşması isə qatarların hərəkət intensivliyini azaltmaqla, qatarların stansiyalara daxil olmadan tunellərdə dayanıb gözləməsinə, platformalarda, xüsusən sərnişin axını daha çox olan stansiyalarda qatar gözləyənlərin sayının daha da artmasına gətirib çıxarır.

Sosial       Tarix: 05 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 idman xeberleri en son xeberleri sonxeber az