Bakı metrosunun yeni mobil tətbiqi yaradılır
"Bakı metrosunun yeni mobil tətbiqinin yaradılması üzərində iş aparılır".
azxeber.com APA-ya istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
"Bu, çox unikal bir layihə olacaq. Mobil tətbiq vasitəsilə qatarların gəlib-getmə vaxtını izləmək mümkün olacaq. Sərnişinlər hansı istiqamətə hansı müddətdə çatacaqlarını təyin edə biləcəklər. Eyni zamanda tətbiq vasitəsilə sərnişinlərə getmək istədikləri ünvana uyğun optimal metro marşrutları təklif ediləcək. Bir sözlə, tətbiqdə sərnişinlərin metro üzrə marşrutları daha rahat müəyyən etməsi, stansiyaların giriş-çıxışlarında olan istiqamətlərlə bağlı məlumat alması üçün imkanlar yaradılacaq, metroda hərəkətin optimal vaxt müddətləri və digər bütün yeniliklər təqdim olunacaq. Bundan əlavə sağlamlıq imkanları məhdud insanların metrodan daha təkmil istifadəsi üçün mümkün bütün funksionallıqlar nəzərə alınacaq", - deyə B.Məmmədov əlavə edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Ağdamda traktor minaya düşüb
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma