Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni təyin olunmuş rəis kimdir? - DOSYE

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni təyin olunmuş rəis kimdir? - DOSYEBu gün Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə yeni rəis təyin edilib. Baş İdarəyə yeni təyin olunmuş rəisin tərcümeyi-halını təqdim edirik.
Əliyev İbrahim Müseyib oğlu 12 aprel 1976-cı ildə Ermənistan Respublikasının Ararat (Vedi) rayonu Şidli kəndində doğulub. 1995-ci ildə ali peşə məktəbi – Bakı Kompüter Peşə Liseyini kiçik mühəndis-proqramçı ixtisası üzrə bitirib.
1998-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasında Avtomatika və texniki sistemlərdə idarəetmə ixtisası üzrə bakalavr dərəcəsi, 2000-ci ildə həmin Akademiyanı Texniki sistemlərdə idarəetmə və informatika ixtisası üzrə bitirərək magistr dərəcəsi alıb.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirərək iqtisadçı peşəsinə yiyələnib, 2019-cu ildə Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini Nəqliyyatda daşımaların və idarəetmənin təşkili ixtisasını bitirib.
16 oktyabr 1992-ci il tarixindən 30 dekabr 1992-ci il tarixinədək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Respublika Hesablama Mərkəzində EHM operatoru, 1 oktyabr 1993-cü il tarixindən 10 noyabr 1995-ci il tarixinədək Bakı Kompüter Peşə Liseyində EHM operatoru, mühəndis-pedaqoq, 30 noyabr 1995-ci il tarixindən 1 may 1997-ci il tarixinədək Azərbaycan Hava Yolları QSC-nin "Azalavia" Bakı Nəqliyyat Aviaşirkətində mühəndis-elektronçu, mühəndis-proqramçı, 2 may 1997-ci il tarixindən 28 iyun 2001-ci il tarixinədək Azərbaycan Hava Yolları QSC-nin "Bakı" aeroportunda mühəndis-proqramçı, şöbə rəisi, 28 iyun 2001-ci il tarixindən 9 aprel 2007-ci il tarixinədək İqtisadi İnkişaf Nazirliyində aparıcı mütəxəssis, baş mütəxəssis, baş məsləhətçi, 9 aprel 2007-ci il tarixindən 15 dekabr 2008-ci il tarixinədək İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunda şöbə müdiri, 5 yanvar 2009-cu il tarixindən 31 mart 2011-ci il tarixinədək "BakıEnerjiQuraşdırma" ATSC-də idarə heyətinin sədr müavini, 4 may 2011-ci il tarixindən 5 iyul 2011-ci il tarixinədək Nəqliyyat Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb.
24 noyabr 2011-ci il tarixindən 21 avqust 2015-ci il tarixinədək Nəqliyyat Nazirliyinin "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC-də texniki istismar üzrə direktor, baş direktorun müavini – icraçı direktor, baş direktorun müavini – texniki direktor vəzifələrində işləyib.
21 avqust 2015-ci il tarixindən 24 yanvar 2018-ci il tarixinədək Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində rəis müavini vəzifəsində çalışıb.
25 yanvar 2018-ci il tarixindən 08 fevral 2021-ci il tarixinədək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəis müavini vəzifəsində işləyib. 8 fevral 2021-ci il tarixindən 19 oktyabr 2021-ci il tarixinədək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdir müavini vəzifəsində çalışıb və 19 oktyabr 2021-ci il tarixindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdir müavini vəzifəsində işləyib.
O, 2004 – 2006-cı illərdə Heydər Əliyev Fondunda ictimai əsaslarla çalışıb.
Ailəlidir. Bir qızı və bir oğlu var.

Sosial       Tarix: 13 aprel 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü


azerbaycan xeberleri son xeberler yeni xeberler axsam.az xeberler xəbər.az xankendi