Bakı üstünlüyünü həm münaqişə zonasında, həm də danışıqlar masasında nümayiş etdirdi - MÜSAHİBƏ

Bakı üstünlüyünü həm münaqişə zonasında, həm də danışıqlar masasında nümayiş etdirdi - MÜSAHİBƏ Bakı üstünlüyünü həm münaqişə zonasında, həm də danışıqlar masasında nümayiş etdirdi - MÜSAHİBƏ
Moskvada Azərbaycan və Ermənistan tərəfi atəşkəs barədə razılığa gəlsə də, bu bir neçə saat belə davam etmədi. Artıq oktyabrın 10-da işğalçı Ermənistan qüvvələri Azərbaycanın cənubundakı mövqelərinə hücum etməyə başladılar. Daha sonra Gəncə şəhəri raket atəşinə məruz qaldı və bu çoxsaylı insan tələfatına səbəb oldu.
Mingəçevir istiqamətinə də raketlər atıldı və digər yaşayış məntəqələri atəşə məruz qaldı.
Qazaxıstanlı politoloq İslam Kurayev Media.Az-a verdiyi müsahibədə Ermənistan tərəfinin atəşkəsi pozduğunu söyləyib:
"Ermənistan silahlı qüvvələri elan olunan atəşkəs zamanı əks-hücuma cəhd etdilər və onlar Azərbaycan tərəfinin cavab tədbirlərinə hazır olmayacağına ümid edirdilər. Bakı humanitar atəşkəslə bağlı verdiyi vədləri pozmur.
Qeyd etmək istərdim ki, erməni qoşunları təkcə Azərbaycan ordusunun mövqelərini deyil, həm də Azərbaycanın dinc şəhərlərini hədəfə alırlar. Bu, erməni tərəfi üçün faydalı olan xaos yaratmaq cəhdidir. Ermənistan ordusu mülki obyektləri və yaşayış məntəqələrini öz hədəfləri hesab edir. Bu, əlbəttə ki, münaqişənin sülh yolu ilə həll olunmasına gətirib çıxarmayacaq", - deyə İslam Kurayev vurğulayıb.
- Döyüş zonasından 100 kilometr məsafədə yerləşən Gəncə şəhərinə edilən hücum "Toçka-U" taktiki raket vasitəsilə həyata keçirilib. Yaşayış binası yerlə-yeksan olub. Və beynəlxalq ictimaiyyət tərəfindən buna açıq şəkildə bir reaksiya yoxdur.
- Hər şey informasiya qaynaqları ilə əlaqəlidir. Kimin bu imkanı varsa, məlumat qaynağını yaradır. Ermənistanın güclü və fəal lobbisi var. Azərbaycan müharibə meydanında olduğu kimi, informasiya sahəsində də daha ciddi çalışmalı və qalib olmalıdır. Azərbaycanın humanitar atəşkəslə bağlı razılığa gəlməsi ölkəniz üçün müsbət bir haldır. Bakı üstünlüyünü həm münaqişə zonasında, həm də danışıqlar masasında nümayiş etdirdi.
- Son zamanlar ekspertlər Baş nazir Nikol Paşinyanla bağlı Ermənistanın aldığı hərbi məğlubiyyətin miqyasını nəzərə alaraq, səlahiyyət müddətinin sonuna qədər qalmayacağı barədə fikirlər irəli sürürlər. Siz bu barədə nə düşünürsünüz?
- Mənə elə gəlir ki, bu olduqca realdır. Əslində, hakimiyyətdə qalmasına kömək edəcək xarici qüvvələrin fəaliyyətinə arxalanaraq Qarabağ münaqişəsinin yeni mərhələsinə başlayan məhz Nikol Paşinyan oldu. Rusiyadan birbaşa dəstəyə ümid etdi, amma bu işə yaramadı. Ermənistanın daxilində və dünya birliyində nəyin baş verdiyini anlayanda, artıq onun taleyi həll olunacaq. /oxu.az

Siyasi       Tarix: 12 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

İlham Əliyev Si Cinpini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "Hörmətli cənab Sədr,. 1 Oktyabr – Çin Xalq Respublikasının Yaranması Günü münasibətil

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca


yeni xeberler azerbaycan xeberleri son xeberler dunyada son xeberler bugunun xeberleri xəbər en son xeber