Bakı və Moskva arasında gərginlik alovlana bilər - Təyyarə faktoru gündəmdə

Bakı və Moskva arasında gərginlik alovlana bilər - Təyyarə faktoru gündəmdəRusiya tərəfinin AZAL təyyarəsi ilə bağlı istintaq materiallarını tam şəkildə açıqlamaması Azərbaycan–Rusiya münasibətlərində yeni gərginliklə bağlı müzakirələri gündəmə gətirib. Rusiya tərəfinin AZAL təyyarəsi ilə bağlı istintaq materiallarını açıqlamaması iki ölkə arasında etimad böhranını hansı səviyyəyə qədər dərinləşdirə bilər?
Bakı və Moskva arasında gərginlik alovlana bilər - Təyyarə faktoru gündəmdəMövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, hazırda Azərbaycan ilə Rusiya arasında münasibətlər böhran mərhələsinə daxil olub.
"Rusiya istintaq prosesini yekunlaşdıraraq hadisənin səbəbini hava şəraiti ilə əlaqələndirib və bununla məsuliyyəti öz üzərindən kənarlaşdırmağa çalışıb. AZAL (Azərbaycan Hava Yolları) təyyarəsinin vurulması ilə bağlı daha əvvəl Rusiya prezidenti Vladimir Putin tərəfindən səsləndirilən açıqlamalar fonunda yekun nəticələrin fərqli təqdim olunması suallar doğurur. Məsul şəxslərin cəzalandırılacağı barədə verilən vədlərə baxmayaraq, istintaq materiallarının açıqlanmaması qarşılıqlı etimadı ciddi şəkildə zəiflədir"
Ekspert iddia edir ki, hazırda informasiya müstəvisində də təzyiq elementləri müşahidə olunur və sosial şəbəkələr vasitəsilə kiberhücumların təşkil edildiyi barədə iddialar mövcuddur.
"Azərbaycanın regionda müstəqil siyasət yürütməsi, eləcə də Ermənistanla sülh prosesinin irəliləməsi Moskvanı narahat edən əsas amillərdən biridir. Regionda baş verən digər insidentlər də ümumi gərgin fonu gücləndirir".
Məhəmməd Əsədullazadənin sözlərinə görə, O, xüsusilə Kiyev şəhərində Azərbaycan səfirliyinin atəşə tutulması hadisəsini xatırladaraq bildirib ki, bütün bu proseslər fonunda Bakı ilə Moskva arasında fundamental problemlər formalaşır.
"İstintaqın şəffaf aparılmaması və nəticələrin tam açıqlanmaması davam edərsə, bu, iki ölkə arasında etimad böhranını daha da dərinləşdirə və münasibətlərin gələcək inkişafına mənfi təsir göstərə bilər".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 21 fevral 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Ceyhun Bayramov Türkiyəyə səfər edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə səfər edib. Ceyhun Bayramov bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. /

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler son xeber.az cəbhədən son durum bu gunun xeberleri