Bakı və Moskva "Rus Evi" ilə bağlı danışıqlar aparır – Səfir

Bakı və Moskva Azərbaycan və Rusiya Bakıda "Rus Evi" ətrafında yaranmış vəziyyətin nizamlanması üçün dialoqu davam etdirirlər.
KONKRET.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib.
"Dünən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun Moskvaya işgüzar səfəri başa çatdı, Rusiya tərəfi danışıqlarda bu məsələni qaldırmışdı. Öz mövqeyimizi bildirdik ki, bütün bu təşəbbüslər, bütün bu layihələr ciddi şəkildə milli qanunvericiliyə uyğun şəkildə, tərəflər arasında artıq imzalanmış sazişlər əsasında həyata keçirilməlidir, belə sazişlər isə var. Odur ki, bəli, təklif var, bizim də əks mövqeyimiz var. Amma ən əsası dialoqun davam etməsidir. Bu, çox vacibdir", – Mustafayev jurnalistlərə deyib.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 20-də Moskvanın Bakıda "Rus Evi" ətrafında yaranmış vəziyyətin həlli ilə bağlı təkliflərini Azərbaycana çatdırdığını və konstruktiv qarşılıqlı yanaşmaya ümid etdiklərini bəyan etmişdi.
Xatırladaq ki, fevralda Azərbaycan Xarici İşlər Nazirliyi "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin – "Rus Evi"nin hüquqi şəxs kimi qeydiyyata alınmadığını və qurumun Azərbaycan qanunvericiliyini kobud şəkildə pozduğunu açıqlamışdı. Bunun ardınca fevralın 3-də rəsmi Bakı "Rus Evi"nin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiya tərəfinə nota göndərib.
Bildirilib ki, bu cür təşkilatların Azərbaycan ərazisində fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə edilmiş razılaşmalara əməl olunması tələblərinə uyğun olaraq tənzimlənir.
Daha sonra, fevralın 11-də "Rus Evi" Azərbaycanda fəaliyyətini dayandırmaq proseduruna başlayıb.

Siyasi       Tarix: 11 aprel 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind


azerbaycan xeberleri yeni xeberler son xeberler xeber sou xeberler havanın temperaturu ən son xəbərlər