Bakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir - FOTO

Bakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir - FOTOBakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir - FOTO
Mayın 2-dən etibarən Bakı-Vyana-Bakı birbaşa uçuşlarına start veriləcək. Həftədə iki dəfə olmaqla çərşənbə axşamı və cümə günləri həyata keçirilməsi planlaşdırılan uçuşlar "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) tərəfindən icra ediləcək.
AZƏRTAC xəbər verir ki, birbaşa uçuşların başlanması münasibətilə aprelin 24-də Avstriyanın paytaxtı Vyanada Dövlət Turizm Agentliyinin və Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə təqdimat keçirilib.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakı-Vyana-Bakı birbaşa uçuşlarının ikitərəfli turizm əlaqələrinin inkişafı ilə yanaşı, qarşılıqlı turist mübadiləsinə də töhfə verəcəyini, Azərbaycanı avropalı turistlər üçün daha əlçatan edəcəyini bildirib. Fuad Nağıyev Azərbaycanın turizm istiqaməti kimi tanıdılması məqsədilə genişmiqyaslı tədbirlərin görüldüyünü, dövlət səviyyəsində turizmin inkişafına xüsusi diqqət ayrıldığını, pandemiyadan sonrakı bərpa prosesində Avropadan gələn turist sayının artacağına inamını ifadə edib.
Azərbaycan Respublikasının Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli tədbirdə çıxış edərək Azərbaycan və Avstriya arasında iqtisadi-ticari əlaqələrin dinamik inkişaf etdiyini, turizm əlaqələrinin genişlənməsinin dostluq və tərəfdaşlıq münasibətlərinə töhfə verəcəyini qeyd edib.
Avstriya Respublikasının Federal Əmək və İqtisadiyyat Nazirliyinin turizm üzrə Dövlət katibi Suzanne Kraus-Vinkler birbaşa hava uçuşlarının turizm sahəsində mühüm rol oynayaraq, insanlara rahat səyahət seçimləri verdiyini, həmçinin iqtisadi faydalar gətirdiyini bildirib. O, Vyana-Bakı uçuşlarının ölkələrimiz arasında turizm və iqtisadi əlaqələrin güclənməsində əsaslı rol oynayacağını, turizm üzrə uğurlu əməkdaşlıqlara təkan verəcəyini diqqətə çatdırıb.
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev AZAL tərəfindən yerinə yetiriləcək birbaşa uçuşlarda sərnişinlərin daşınmasının, uçuşların rahatlığının və xidmətin yüksək keyfiyyətlə həyata keçiriləcəyinə əminliyini ifadə edib. O, növbəti mərhələdə AZAL tərəfindən Avropanın digər şəhərlərinə də birbaşa uçuşların həyata keçiriləcəyini vurğulayıb.
Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Vyanadan Bakıya birbaşa uçuşların həyata keçirilməsinin strateji məqsədlərdən biri olduğunu, uçuşların yalnız Avstriya ilə deyil, Almaniya və İsveçrə kimi hədəf ölkələrlə də turizm əlaqələrinin genişlənməsinə müsbət təsir edəcəyini bildirib. O, Avstriyada mütəmadi keçirilən, turistlərin sayının artırılmasına yönəlmiş tanıtım və təbliğat tədbirlərinin intensivləşdiriləcəyini nəzərə çatdırıb.
Avstriyadan dövlət rəsmilərinin, turizm sənayesi nümayəndələrinin, Avstriya və Slovakiyadan olan media nümayəndələrinin iştirak etdikləri tədbirdə Azərbaycanın milli mətbəxinin nümunələri və şərabçılıq məhsulları təqdim olunub, milli incəsənət ustalarının iştirakı ilə mədəni proqram təşkil edilib.
Qeyd edək ki, Avstriya Respublikasının vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində "ASAN Viza" elektron sistemi tətbiq olunur.
Bakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir - FOTOBakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir - FOTOBakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir - FOTOBakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir - FOTOBakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir - FOTOBakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir - FOTOBakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir - FOTOBakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir - FOTOBakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir - FOTOBakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir - FOTOBakı-Vyana-Bakı birbaşa aviareyslərinə start verilir - FOTO/ oxu.az

Turizm       Tarix: 25 aprel 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir

AZAL Bakıdan Təl-Əvivə uçuşları bərpa edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 19-dan etibarən Bakıdan Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir. Bu barədə "Azərbaycan Hava Yolları"

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar sonxeberler son xeber.az xeberler azerbaycan