Bakıda 21 yaşlı kişi sevgilisinin işlədiyi marketi qarət etdi

Bakıda 21 yaşlı kişi sevgilisinin işlədiyi marketi qarət etdiBakıda 21 yaşlı kişi sevgilisinin işlədiyi marketi qarət edib.
KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisindəki marketdə baş verib. 2004-cü il təvəllüdlü İsrail Məmmədov (soyad şərtidir) Xəzər rayonu ərazisində fəaliyyət göstərən Səadət adlı xanımla tanış olub. Bir müddətdən sonra onların arasında sevgi münasibətləri yaranıb.
İsrail hər gün marketə gələrək, sevgilisinin iş vaxtının bitməsini gözləyib, daha sonra isə xanımı evlərinə ötürüb. Mağaza rəhbəri də onu Səadətin sevgilisi kimi tanıdığı üçün marketdə dayanmasına etiraz etməyib.
Heç bir yerdə işləməyən İsrail bir gün mağazadan siqaret oğurlamaq qərarına gəlib. Bu məqsədlə o, sevgilisinin yanında olarkən vitrindən bir qutu siqaret oğurlayır. Bir neçə gündən sonra İsrail yenidən vitrindən iki blok siqaret oğurlayıb. Bu üsulla o, hər gün mağazadan bir neçə blok siqareti götürərək məhəllələrindəki marketə mayasından ucuz qiymətə satıb.
Hadisədən bir ay sonra isə o, mağaza müdirinin otaqda olmadığını görüb, həmin otağa daxil olub. O, mağaza müdirinin stolundan seyfin açarını götürərək, içərisində olan bir neçə blok siqaret oğurlayıb. Təxminən iki ay ərzində o mağazadan 3600 manatlıq siqaret oğurlayıb məhəllələrindəki marketə 800 manata satıb.
Bir gün mağazada aparılan yoxlama zamanı müdirin 3600 manatlıq kəsiri aşkarlanıb. Mağaza müdiri marketin kamerasına baxış keçirərkən məlum olub ki, obyektdən oğurluq edən şəxs İsraildir. O, İsrail və onun sevgilisini çağıraraq hadisəni danışıb. İsrail kamera görüntüsündən sonra hadisəni etiraf etsə də, dəymiş ziyanı ödəməyə imkanı olmadığını bildirib. Mağaza müdiri məsələ ilə bağlı polisə müraciət edib. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə İ.Məmmədov iki il azadlıqdan məhrum edilib.

Hadisə       Tarix: 12 dekabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Aeroport yolunda nə baş verir? - Təcili məlumat yayıldı

Bakının Sabunçu rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbindən "Koroğlu" metro stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektua

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 11:27-də, 3.5 maqnitudada qeyd

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

Bakıda minik avtomobili atla toqquşdu

Paytaxtın Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində minik avtomobili atla toqquşub. KONKRET.azxəbər verir ki, hadisə saat 16 radələrində Murad Mirzəyev küçəsi ilə Əsəd Əhmədov küçəsinin kəsişməsində baş verib. Hadis

Naxçıvanda avtomobil piyadanı vurdu

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı "AzSamand"

Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU

Bakıda yeniyetmə oğlan bıçaqlanıb. KONKRET.azxəbər verir ki, 2011-ci il təvəllüdlü Bakı şəhər sakini Ə.Rəhimli döş qəfəsinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil

33 il sonra Afrikada da keçiriləcək

Formula 1 Ruandada Afrika Qran-prisinin keçirilməsi ilə bağlı onillik müqavilə imzalayıb, ilk yarışın 2030-cu illərin əvvəllərində baş tutması nəzərdə tutulur. xəbər verir ki, bu barədə məlumatı Formula 1-in mətbuat xidmət

İsrail təyyarəsində bomba həyəcanı

Kiçik uşaqlar canavarlar üçün ən asan ov hesab olunur. xəbər verir ki, bu barədə mütəxəssis, zooloq Mixail Kreçmar danışıb. "Ən həssas qrup yeriməyi öyrəndikləri vaxtdan 8–10–12 yaşlarına qədər olan uşaqlardır. Onla

Türkiyədə mikroavtobus aşıb, 20-dən çox insan xəsarət alıb

Türkiyənin Afyonkarahisar vilayətində işçiləri daşıyan mikroavtobus aşıb, 28 nəfər xəsarət alıb. "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD), təcili tibb


yeni xeberler son xeberler azerbaycan xeberleri xəbər.az sonxabar hava xeberler bugun 2026