Bakıda 48 km-lik yeni avtobus zolağı çəkiləcək - RƏSMİ
Son zamanlar Bakıda ictimai nəqliyyatın inkişafı üçün müxtəlif addımlar atılsa da, avtobus zolaqlarının çəkilməsi prosesi dayanıb. Halbuki bir neçə ay əvvəl paytaxt yollarında bu zolaqların yaradılması fəal şəkildə aparılırdı. Lakin axır vaxtlar bu işlər tamamilə dayanıb.
Bəs görəsən buna səbəb nədir? Paytaxt yollarında avtobus zolaqlarının əhatəsi genişləndiriləcək?
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlama verib.
Onun sözlərinə görə, yeni marşrut şəbəkəsinə uyğun olaraq paytaxtın 37 küçə və prospektini əhatə edən xüsusi zolaqların ümumi uzunluğu 112 kilometrdir. Bu yollar üzərində hərəkət edən avtobuslar hər gün təxminən 900 min sərnişin daşıyır. Planlara əsasən, bu zolaqların uzunluğunun 160 kilometrə çatdırılması nəzərdə tutulur.

Prezident Esvatini Kralını təbrik etdi
Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
Mehman Hacıyev dünyasını dəyişdi
"Sabah" Prezidentin ayırdığı pulu belə xərcləyəcək
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
Premyer Liqada turun yekunu: iki gərgin qarşılaşma
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi