Bakıda 5 dost ağır qəzaya düşdü: biri öldü, digərləri... - ADLAR
Bakının Xəzər rayonunda ağır yol qəzası zamanı 5 dostdan biri ölüb digərləri ağır xəsarət alıb.
azxeber.com APA-ya istinadən xəbər verir ki, qəza Türkan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2000-ci il təvəllüdlü Musa Məmmədov idarə etdiyi "Toyoto Prius" markalı maşınla hərəkətdə olarkən sükana nəzarəti itirib.
Minik avtomobili hərəkətdə olan "Man" markalı yük maşınına çırpılıb.
Qəza nəticəsində sürücü M.Məmmədov hadisə yerində ölüb.
Avtomobildə olan sərnişinlər, 2002-ci il təvəllüdlü Elmir Mehdizadə, 2000-ci il təvəllüdlü Orxan Babazadə, 2002-ci il təvəllüdlü Siyasət Hüseynov və 2003-cü il təvəllüdlü Elşad Şahbazadə ağır bədən xəsarətləri alıb.
Yaralılar Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Ölən və yaralılar Şüvəlan qəsəbəsində qonşu olublar. Onlar Türkan qəsəbəsinə restorana gedirmiş.
Faktla bağlı cinayət işi başlanılıb.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"