Bakıda 8 azyaşlı uşaq atasından gecəyarısı dəhşətli əməl - TƏFƏRRÜAT

Bakıda 8 azyaşlı uşaq atasından gecəyarısı dəhşətli əməl - TƏFƏRRÜATBakının Sabunçu rayonunda 1980-ci il təvəllüdlü Faiq şəxsi münasibətlər zəminində bacısının keçmiş əri Vüsalı (adlar şərti verilib - red.) bıçaqlayıb.
azxeber.com Teleqraf.com-a istinadən bildirir ki, hadisə 6 avqust 2021-ci ildə gecə saat 2 radələrində baş verib.
Faiq ailəsi ilə birlikdə yaşadığı Nardaran qəsəbəsi, Ləhiş bağlarında yerləşən yeni tikili evin qarşısına bacısının keçmiş əri Vüsalın sərxoş vəziyyətdə gələrək onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir etməsi, hədələməsi səbəbdən mübahisə edib.
Mübahisə zamanı Vüsala bıçaqla xəsarət yetirib.
İstintaq orqanı tərəfindən Faiqin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Faiqin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim İlham Mahmudovun sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Faiq ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Masallı rayonunda qeydiyyatda olsa da, uzun müddətdir evdə ailəsi ilə birgə Nardaran qəsəbəsində yeni sahədəki yaşayır:
Ətraflı
"Daimi iş yerim yoxdur, fəhləlik edirəm. Bacım Fatma əri Vüsaldan boşanıb, 8 azyaşlı uşağı ilə mənimlə birlikdə bağ evində yaşayırlar. Son bir ildə ailəsindən boşanan bacım Fatmanın Vüsalla münaqişəsi olub. Mən də bacımı müdafiə etdiyim üçün Vüsalla münaqişədə olmuşam, bir müddət öncə Vüsal məni qolumdan bıçaqlamışdı. Onun barəsində Sabunçu rayon Polis İdarəsində cinayət işinin istintaqı aparıldı.
Vüsal mütəmadi olaraq məni, ailəmi və Fatmanı təhqir edir, hədələyir. Buna səbəb guya Fatmanın əxlaqsızlıq etməsi, azyaşlı qızı Firəngizin onun icazəsi olmadan nişanlamasıdır".
Təqsirləndirilən şəxs qeyd edib ki, 5 avqust 2021-ci ildə saat 22 radələrində Nardaranda işləyib, qaldığı bağ evində təxminən yarım litr spirtli içki qəbul edib: "Avqustun 6-na keçən gecə, saat 00.15-də bacım Fatma mənə zəng etdi. Bildirdi ki, Vüsal bizə gələcək, dava salacaq. Taksi ilə evə getdim. Lakin Vüsal gəlmədi. Orada ailəm, anam və bacımla söhbət etdik".
Faiqin bildirdiyinə görə, yoldan keçən taksi ilə qaldığı yerə qayıdanda Vüsalı ora gələn görüb: "Məni görən kimi qaçdı. Təxminən 10 dəqiqə sonra yenidən ora qayıtdı. Mənə hücum çəkdi, təhqir etdi, təpik ataraq vurmaq istədi. Təhqir olunduğum üçün mətbəx bıçağı ilə onun sinə və qol nahiyələrinə iki bıçaq zərbəsi vurdum. Vüsalın yerə yıxıldığını görəndə qorxdum. Bu səbəbdən daha bıçaqla vurmadım".
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vüsalın sözlərinə görə, keçmiş arvadı Fatmadan 8 azyaşlı uşağı var: "Avqustun 6-a keçən gecə içkili vəziyyətdə Fatma, övladları və Faiqin qaldığı Nardaran qəsəbəsindəki bağ evinin yanına taksi ilə gəldim. Orada səs-küy yarandı və orada bıçaq xəsarəti aldım. Faiqin 4 uşağı var, eyni zamanda mənim 8 uşağıma da Faiq baxır. 12 uşaq onun himayəsindədir. 12 uşağın xatirinə Faiqin cəzadan azad edilməsini xahiş edirəm. Onu bağışlayıram, şikayətim yoxdur".
Faiq 1 il müddətinə azadlıqdan məhrum edilib.

Sosial       Tarix: 22 may 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana


yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeber bugun metbuat xeberleri kriminal en son xeberleri