Bakıda avtobuslar üçün xüsusi hərəkət zolaqları olsa, sıxlıq azalar - FOTO
Bəzi xidmət və iş sahələrinin fəaliyyətinin bərpa olunması, eyni zamanda yeni tədris ilinin başlanmasının yaxınlaşması yollarda hərəkət intensivliyini və sərnişindaşımalara tələbatı əhəmiyyətli dərəcədə artırıb.
Bakı Nəqliyyat Agentliyindən Open.az-a verilən məlumata görə, avqust ayının sonlarından başlayaraq gündəlik sərnişin səfər sayında hər həftə 100.000 artım qeydə alınmaqdadır. Hazırda müntəzəm və ekspres xətt avtobusları ilə icra olunan gündəlik sərnişin səfər sayı 2.000.000-dan çoxdur. Bakı Metropolitenin fəaliyyət göstərmədiyi indiki vaxtda avtobusların sərbəst və rahat hərəkəti xüsusilə əhəmiyyət kəsb edir.
Hazırda gündəlik olaraq xəttə 2260 ədəd avtobus çıxarılır ki, bu da maksimal göstəricidir. Yəni "BakuBus" MMC-nin hər iki qarajında və özəl operatorlara aid qarajlarda texniki baxımdan saz olan bütün avtobuslar daşımalara cəlb olunub.
Lakin son vaxtlarda şəhər yollarında müşahidə olunan hərəkətlilik və nəqliyyat sıxlıqları avtobusların hərəkətinə ciddi maneələr yaradır. Belə ki, avtobuslararası intervallar pozulur və sərnişinlər uzun müddət dayanacaq məntəqələrində gözləməli olurlar. Bir xətt üzrə bir neçə avtobusun sıxlıqda qalaraq gecikməsi onun hərəkət etdiyi istiqamətdə digər marşrutlar üzrə də daşımaları çətinləşdirir.
Aparılan müşahidələr göstərir ki, gün ərzində baş verən yol nəqliyyat hadisələri, sürücülərin yol hərəkəti qaydalarına eləcə də, zolaqların tələbinə düzgün əməl etməməsi qeyri pik saatlarda da sıxlıqlara səbəb olan əsas amillərdir. Vurğulanmalı məqamlardan biri də son vaxtlar minik avtomobillərinin texniki nasazlıq səbəbindən yollarda hərəkətsiz qalmasıdır. Son bir ayda bu vəziyyətlə daha tez-tez rastlaşırıq. Z.Bünyadov prospektində gün ərzində bir neçə belə hal müşahidə olunur.
Bu cür xoşagəlməz halların olmaması üçün ən optimal həll variantı avtobuslar üçün xüsusi hərəkət zolaqlarının təşkil olunmasıdır.
Turlar.az [newsid: 0-123300]

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib