Bakıda azyaşlının ayağı eskalatorun arasında qaldı
Bakıda azyaşlının ayağı eskalatorun pilləkənlərinin arasında qalıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən ticarət mərkəzində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Məlumat əsasında hadisə yerinə operativ olaraq Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, qaldırıcı eskalator hərəkətdə olan zaman 2016-cı il təvəllüdlü uşağın sol ayağı eskalatorun pilləkənlərinin arasında sıxılı vəziyyətdə qalaraq, uşağın həyat və sağlamlığı təhlükə altına düşüb.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə uşağın ayağını eskalatorun pilləkənləri arasından çıxararaq onu xilas ediblər. Uşaq təcili tibbi yardım briqadasına təhvil verilib.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar