Bakıda baş verən dəhşətli qətlin təfərrüatı məlum oldu

Bakıda baş verən dəhşətli qətlin təfərrüatı məlum olduBakıda ata-anası, qardaşı, bacısı və onun azyaşlı qızını öldürməkdə şübhəli bilinən Əhməd Əhmədovla bağlı bəzi detallar bilinib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əhməd 15 yaşı olanda da bir nəfəri bıçaqlayıbmış.
Əhməd illər əvvəl Masıllıda idman yarışında baş nahiyəsindən zədələnib və psixoloji problemləri yaranıb. Daha sonra Əhməd dərmanlar qəbul edib.
Qohumlar ailəyə məsləhət görüblər ki, onu psixi sağlamlıq mərkəzinə yerləşdirsinlər, amma ailə bununla razılaşmayıb.
Əhmədə həkimlər tərəfindən müalicələr yazılıb və o, mütəmadi olaraq dərman atırmış. Bir neçə gün əvvəl atası Əhmədin dərmanlarını vaxtında qəbul etməməsindən narahat olub və ona Mərdəkanda yerləşən özəl reabilitasiya mərkəzində müalicə almağı təklif edib.
Əhməd atasının təklifinə əsəbiləşib və "mən getmirəm, istəyirsən, özün get" cavabını verib.
Eyni zamanda, ailədə bir müddət imiş ki, mülk üstündə söz-söhbət yaranıbmış. Belə ki, bacısı Elmira Əhmədova həyat yoldaşı ilə Rusiyada yaşayırmış.
Bu yaxınlarda E.Əhmədova Bakıya gəlib və ailəsi ona Suraxanı rayonu, Günəşli qəsəbəsində ev bağışlayıb. Əhməd qohumlarına bildirirmiş ki, ailəmin məqsədi evləri, mülkləri Elmira və Məhəmmədə verməkdir.
Bundan sonra evdə söz-söhbət başlayıb. Ailəsi Əhmədə də əvvəldən ev alsalar da, bu vəziyyət onu qane etməyibmiş. Atasını öldürən zaman qonşu səs eşidib və Daxili İşlər Nazirliyinə xəbər verib.
O, bacısını və onun qızını boyun, bel nahiyəsindən kəsici alətlə vurmaqla qətlə yetirib. Daha sonra evə gəlib və anası Pikə Əhmədovanı çağırıb.
O da Məhəmmədi məktəbdən götürərək, evə gəlib. Elə bu zaman qapının girişində qadını və oğlunu balta ilə öldürüb.
Eyni zamanda, binanın komendantı hadisədən xəbər tutub və yuxarı qalxmaq istəyib. Bu zaman Əhməd əlində balta ilə pilləkənlərdən düşərək, qaçıb.
Yaxınlarının iddialarına görə, P.Əhmədova dəfələrlə qızı Elmiraya qardaşı Əhməd evinə gəlsə də, qapını açmamağı tapşırıb. / azxeber.com

Sosial       Tarix: 14 fevral 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin


son xeberler azerbaycan xeberleri yeni xeberler bu gune olan xeberler son.xeber kriminal en son xeberler