Bakıda bir evdən 5 nəfərin meyiti tapıldı - YENİLƏNİB

Bakıda bir evdən 5 nəfərin meyiti tapıldı - YENİLƏNİB14:35
Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin meyiti tapılıb.
Open.az xəbər verir ki, meyitlər bu gün tapılıb. Bunlar 16 yaşlı Atilla Rəşad oğlu Əliyev, 17 yaşlı Lətif Rəşad oğlu Əliyev, 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev və 46 yaşlı Natiq Faiq oğlu Səfərovdur.
Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin təcili yardım briqadası hadisə yerinə çatanda həmin şəxslərin artıq öldüyünü təsbit edib. Ölümün nə vaxt baş verdiyi və səbəbləri məlum deyil.
Müvafiq ekspertizalar təyin edilib. Səbael rayon prokurorluğundan faktı təsdiqləyib bildirdilər ki, müstəntiqlər hadisə yerindədir, araşdırmalar aparılır və günün sonunda məlumat yayılacaq. Virtualaz.org
***
Fevralın 23-də saat 14 radələrində Səbail rayonu ərazisində yerləşən evdə 5 nəfər şəxsin meyitinin aşkar olunması barədə Səbail rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Open.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.
Araşdırmalarla müəyyən olunub ki, 2004-cü il təvəllüdlü Atilla Əliyevin, 2003-cü il təvəllüdlü Lətif Əliyevin, 2000-ci il təvəllüdlü İnkişaf Allahverdiyevin, 1972-ci il təvəllüdlü Natiq Səfərovun və 1998-ci il təvəllüdlü Şikar Allahverdiyevin meyitləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində aşkar olunub.
İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə məhkəmə-tibb, məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayətin baş vermə səbəblərinin dəqiqləşdirilməsi və təqsirkar şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Hadisə       Tarix: 24 fevral 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ

Xalidə Gözəl vəfat etdi

Əməkdar artist Xalidə Gözəl (Əhmədova) vəfat edib. xəbər verir ki, bu haqda məlumatı aparıcı Elgiz Əkbər yayıb. O bildirib ki, diktor bu gün dünyasını dəyişib. Allah rəhmət eləsin!

BMV VAZ-la toqquşdu: 1 ölü, 4 yaralı

Salyanda yol qəzası baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb. BMV və VAZ markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinlər

Xaçmazda ağır qəza: ölən var

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb. xəbər verir ki, Rahim Rasim oğlu Nəsirovun idarə etdiyi "Şevrolet Kruz" markalı avtomobillə piyada Məhərrəm Şirnəli oğlu Baxışovu vurub. Nəticədə piyada hadisə yerind

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Milyarderin oğlu necə öldürülüb? - TƏFƏRRÜAT

Yaponiyalı milyarder Kencin Oşimanın oğlu Yeşihito Oşimanın Laosda müəmmalı şəraitdə öldüyü bildirilir. Hadisənin mümkün qətllə əlaqəli olduğu iddia edilsə də, ölümün səbəbi və insidentin təfərrüatları hələ rəsmi şəkild

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c


son xeberler azerbaycan xeberleri yeni xeberler xeberler bugun hava durumu bu gunun xeberleri haqqinda melumat son xəbər