Bakıda blokda azyaşlıya bıçaqla hücum edən şəxsdən xəbər var
Bakıda quldurluqda təqsirləndirilən Pərvin Bünyatovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
KONKRET.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək ilkin hazırlıq iclası mayın 7-nə təyin edilib.
Şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə 2022-ci il mayın 17-də paytaxt ərazisində baş verib.
Belə ki, Bünyatov Pərvin Türbət oğlu paytaxtın Q.Nəbi küçəsi ev 2 ünvanının qarşısından keçərkən mobil telefonla danışaraq həmin binanın 3-cü blokuna daxil olan azyaşlı Ümid Quliyev (ad və soyad şərtidir) arxasınca bloka daxil olaraq ondan danışmaq bəhanəsi ilə telefonu alıb. Mobil telefonun kilidli olduğunu görüb, azyaşlıya bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın edib. Telefonun kilidini öyrənərək hadisə yerindən qaçıb.
Bununla da Ümid Quliyevə 200 manat dəyərində ziyan vurmaqla quldurluq edib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.
Cinayəti törədən Pərvin Bünyatov şübhəli şəxs qismində tutulub. (Pravda.az)
Kurslar.az kurslar [newsid: 0-123300]

Binəqədidə müşavirə keçirildi - FOTOLAR
Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?
Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb
BMT-də Azərbaycanın minalarla çirkləndirilmiş əraziləri barədə məlumat verilib
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR
Vaqif Sadıqov etimadnaməsini İsveçrə prezidentinə təqdim edib
Banklarda əmanəti olanların nəzərinə: Hansı banklar bağlanacaq? – "Böhran başlayıb"
Bakıda yaşayış binasında uçqun
Albaniya parlamentində əlbəyaxa dava - Deputatlar bir-birinə hücum etdi
Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü
Cavid Ağaməliyev həbs edildi
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi