Bakıda camaata pul paylayan aparatın sahibi məlum oldu - FOTO

Bakıda camaata pul paylayan aparatın sahibi məlum oldu - FOTOBakıda camaata pul paylayan aparatın sahibi məlum oldu - FOTO
Xəbər verdiyimiz kimi, Azərabaycan vətəndaşları Bakı şəhərinin bir neçə ərazisində quraşdırılan "Azpulmat" adlı aparatlardan şəxsiyyət vəsiqəsini və barmaq izini daxil etməklə 20 manat məbləğində borc pul ala bilər.
Həmin borc 5 gün ərzində 21 manat şəklində geri qaytarıldığı zaman, yenidən 40 manat pul götürə bilər. Bildirilir ki, bu məbləği bu şəkildə 1000 manata kimi artırmaq olar.
"Azpulmat" adlı aparatlar haqqında məlumat almaq məqsədilə "azpul.az" adlı veb-sayt açılıb. Həmin sayt cəmi bir-neçə səhifədən ibarətdir. Olduqca səthi məlumatlar mövcuddur. Həmin səhifədə əlaqə üçün yalnız mobil nömrə qoyulub. İnsanlara pul paylayan bu aparatın kimə məxsus olduğu, ünvanı və digər məlumatlar mövcud deyil.
Yeniavaz.com-un məlumatına görə "Azpulmat" adlı aparatlar ötən il dövlət qeydiyyatına alınan "Azpul" MMC adlı şirkətə məxsusdur. Bu şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu Həsən bəy Zərdabi prospekti, ev 89, 3159-cu məhəllədə yerləşir. Nizamnamə kapitalı 1000 manat olan şirkətin qanuni təmsilçisi Vəliyev Tural Gəray oğludur.
1981-ci ildə Gəncə şəhərində anadan olan Vəliyev Tural Gəncə Dövlət Universitetində təhsil alıb. 2005-ci ildən bank sektorunda fəaliyyət göstərib. Tural Vəliyev "Gəncə Bank" SKB, "Royal Bank of Baku" ASC-nin Gəncə filialı, həmçinin "Nikoil Bank"ın Gəncə filialında çalışıb. 
2009-2014-cü illərdə "Nikoil Bank"ın Gəncə fililalının müdiri olub. 2014-cü ildə Bankdakı vəzifəsindən çıxarılıb. Daha sonra "Nikoil Bank" ilə Tural Vəliyev arasında məhkəmə çəkişməsi olub.
Tural Vəliyev "Azpul" MMC-ni təsis etməzdən əvvəl - 2017-2018-ci illərdə "Giləzi Quşçuluq" şirkətində mühasib işləyib.
Bakıda camaata pul paylayan aparatın sahibi məlum oldu - FOTO

Sosial       Tarix: 24 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Yol polisi sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi ötmə qaydasınının pozulması ilə bağlı sürücülərə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Bakı-Qazax avtomagistralının Navahı qəsəbəsi ərazisindən keçən hissəsində, saat 22:0

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat - FOTO

"Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinə yeni rəis müavini təyin edilib. " "a istinadən xəbər verir ki, bununla QSC sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Rəşad Əliyev QSC-ni

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç


son xeberler azerbaycan xeberleri yeni xeberler hava xeber.az 2026 xəbər.az maşın realiti şou